İslamda şİƏLİK Əllamə seyyid məHƏMMƏd hüseyn təbatəBAİ



Yüklə 2,4 Mb.
Pdf görüntüsü
səhifə92/93
tarix25.11.2023
ölçüsü2,4 Mb.
#134715
1   ...   85   86   87   88   89   90   91   92   93
İSLAMDA-ŞİƏLİK

HƏZRƏT
 
MƏHDİNİN
 
ZÜHURU
 
BARƏDƏ
 
XÜSUSİ
 
BƏHS
 
Sünnü və şiələrin Peyğəmbərdən (s), eləcə də Əhli-
beytdən (ə) həzrət Məhdinin zühur edəcəyi, o həzrətin 
Peyğəmbərin (s) nəslindən olması və öz zühuru ilə bəşər 
cəmiyyətlərini həqiqi kamala çatdırıb onlara mənəvi həyat 
verməsi barədə çoxlu hədislər nəql olunmuşdur. 


257 
Həzrət Məhdi (ə)-ın imam Həsən Əskəri (ə)-ın övladı 
olması barədə də çoxlu rəvayətlər nəql olunmuşdur.
1
Təvəllüddən və uzunmüddətli qeybə çəkildikdən 
sonra zühur edərək dünyanı züml və haqsızlıqla dolduğu 
kimi, haqq ədalətlə dolduracaq. 
BİR
 
NEÇƏ
 
İRAD
 

 
ONLARIN
 
CAVABI
 
a) Şiələrin müxalifləri etiraz edərək deyirlər ki, sizin 
əqidənizə görə qeybdə olan imamınız indiyə qədər 12 
əsrlik bir ömür yaşamalıdır. Halbuki insanın ömrü bu 
qədər uzun ola bilməz. 
Cavab:
Bu etiraz həmin mətləbin qəbul oluna 
bilməsinin çətin olmasındadır. Əlbəttə, bu qədər və 
bundan artıq ömür də insan üçün qəribə görünə bilər. 
Lakin Peyğəmbərdən (s) və Əhli-beyt imamlarından 12-ci 
imamın qeybə çəkilməsi barədə nəql olunan rəvayətlərə 
müraciət etməklə aydın olar ki, bu hədislərdə 12-ci 
imamın həyatı xariqül-adə şəkildə təqdim olunub. Qeyd 
etmək lazımdır ki, xariqül-adə iş qeyri-mümkün işlərdən 
tamamilə fərqlənir və onu heç vaxt elm yolu ilə inkar 
etmək olmaz. Çünki dünyada mövcud olan səbəb və 
amillərin yalnız bizim gördüyümüz və eşitdiyimiz 
səbəblərlə 
məhdudlanmasını 
və 
bizim 
xəbərimiz 
olmayan, əsər və işlərini görmədiyimiz, yaxud başa 
düşmədiyimiz səbəblərin mövcud olmadığını heç vaxt 
isbat etmək olmaz Buna görə də mümkündür ki, bir, 
yaxud bir neçə nəfərdə müəyyən səbəblər vücuda gəlsin 
1 Biharul-ənvar, 51-ci cild, səh 154, 158, 160. 


258 
və bu səbəblər də min ildən artıq ömrü onun üçün təmin 
etsin. Buna görə də müasir təbabət daha uzun ömürlülüyə 
yol tapmaq üçün heç vaxt ümidsiz olmamışlar. 
Yəhudilər, məsihilər və müsəlmanlar kimi asimani 
kitablara malik olan, xariqül-adə işləri və peyğəmbərlərin 
möcüzələrini qəbul edən şəxslərin belə etiraz etməsi son 
dərəcə təəccüblüdür. 
b) Şiələrin müxalifləri etiraz edərək deyirlər ki, şiələr 
din hökmlərinin bəyan olunması, dini həqiqətləri 
göstərmək və camaatı düz yola hidayət etmək üçün 
imamın lazım olduğunu bilirlər; amma imamın qeybə 
çəkilməsi bu məqsədlə ziddiyyət təşkil edir. Çünki qeybə 
çəkildiyinə görə heç bir yolla əl tapmaq mümkün 
olmayan imamın vücudunun heç bir faydası yoxdur. Əgər 
Allah bəşəriyyəti islah etmək üçün bir imam seçmək istəsə 
lazım olan vaxtlarda onu yaratmağa qadirdir və bir neçə 
min il öz vaxtından öncə yaradılan şəxsə heç vaxt ehtiyac 
olmaz. 
Cavab:
Bu şəxslər imamətin həqiqətini dərk edə 
bilməmişlər. Çünki imamət bölməsində qeyd olunduğu 
kimi, imamın vəzifəsi təkcə camaata zahirdə yol göstərib 
dini maarifin zahirini bəyan etmək deyildir; imam zahirdə 
yol göstərməyi öhdəsinə almaqdan əlavə, əməllərin batini 
rəhbərlik və vilayətini də öz üzərinə götürmüşdür. 
Camaatın mənəvi həyatını tənzim edən, əməllərin 
həqiqətini Allaha tərəf sövq edən də məhz imamdır. 
Aydındır ki, imamın bu məsələ ilə əlaqədar cismi 
cəhətdən hazır və ya qaib olmasının heç bir təsiri yoxdur. 
İmam onların cismani gözlərindən qeybdə olmasına 
baxmayaraq, batin yolu ilə də nəfslərə və camaatın 


259 
ruhuna bağlıdır. Onun zühurunun və dünyanı islah 
etməsinin vaxtı gəlib çatmasa belə, onun varlığı həmişə 
zəruridir. 

Yüklə 2,4 Mb.

Dostları ilə paylaş:
1   ...   85   86   87   88   89   90   91   92   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin