YEKUN
FƏSİL:
ŞİƏLİYİN
MƏNƏVİ
ÇAĞIRIŞLARI
Şiələrin dünya xalqlarına qarşı olan mənəvi çağırışları
bir cümlədən artıq deyildir. O da “Allahı tanıyın”
cümləsidir. Başqa sözlə desək,
“Allahı tanımaq yolunu
keçərək xoşbəxt olun və qurtuluşa çatın.”
Bu da məhz
Peyğəmbərin (s) dünya səviyyəsində olan dəvətini
başladığı ilk günlərdə buyurduğu aşağıdakı cümlədir:
“Ey
insanlar! Allahı yeganə varlıq kimi tanıyın və etiraf edin ki,
qurtuluşa çıxa biləsiniz!”
Bu çağırışın izahında qısa şəkildə deyirik:
Biz insanlar maddi ləzzətlərə və maddi həyatın
məqsədlərinə ürək bağlamışıq; o cümlədən ləzzətli
yemək-içməklər, gözəl paltarlar, təmtəraqlı saraylar və
mənzərələr, gözəl həyat yoldaşı, səmimi dostlar, külli
miqdarda sərvət, qüdrət, siyasi məqam, cah-cəlal,
rəhbərlik, bizim istəklərimizlə müxalif olan hər bir şeyi
məhv etmək.
Biz fitri təbiətimizlə başa düşürük ki, bu qədər ləzzətlər
insan üçün yaradılmışdır, amma insan onlar üçün
yaradılmamışdır. Onlar insanın ardınca gəlməlidir, nəinki
insan onların ardınca getməlidir.
Qarın və ondan aşağıların nəzərdə tutulmasından
ibarət olan son hədəf heyvanların, başqalarını yırtıb
260
dağıtmaq canavarın, bəbrin və tülkünün məntiqidir. İnsan
məntiqi isə fitri əql məntiqidir.
Əql məntiqi özünün gerçək nəzəriyyələri ilə bizi
müxtəlif növ ürək istəyən şəhvətlərə, xudbinliyə, özünü
göstərməyə deyil, məhz haqqa tabe olmağa hidayət edir.
Əql məntiqi insanı yaradılış aləminin özündən heç növ
istiqlaliyyəti olmayan bir hissəsi hesab edir. İnsanın
özünü rəhbər hesab etməsinin, öz gümanına əsasən təbiəti
öz inadkar istəkləri qarşısında ram edib onu diz
çökürməsinə rəğmən, özü də təbiətin əlində bir alət və
onun vasitələrindən biridir. Əql məntiqi insanı dəvət edir
ki, bu ötəri dünyadan əldə etdikləri idraka diqqətlə
yanaşsın ki, varlıq aləmində olan hər bir şeyin öz-özünə
yaranmadığı, dünya və onda olanların hamısının sonsuz
bir qüdrət mənbəyindən qaynaqlandığını bilsin; bununla
da aydın olsun ki, yerdə və asimanda olan, insanın
gözündə gerçəklik kimi cilvələnən bu qədər gözəl və
çirkin varlıqlar başqa bir gerçəkliyin sayəsində həqiqətə
çevrilir və öz-özünə deyil, məhz onun sayəsində zahir
olur. Eləcə də anlasın ki, dünənki əzəmətlər, qüdrət və
gerçəkliklər bu gün əfsanədən başqa bir şey deyildir; bu
günkü cilvələr də gələcəkdə bu mahiyyəti daşıyacaq.
Nəhayət hər bir şey öz nəzərində əfsanədən başqa bir şey
deyildir.
Həqiqi gerçəkliyə malik olan yalnız Allahdır ki, heç
vaxt fənaya uğramır, hər bir şey Onun varlığında həqiqət
rənginə boyanır və Onun müqəddəs zatının ruhu ilə
nuraniləşir.
İnsan belə bir idrakla təchiz olunanda bütün varlıq
aləmi onun gözləri önündə köpük kimi suyun üzərində
261
yırğalanır və əyani şəkildə müşahidə edərək görür ki,
dünya və onda olanlar qeyri-məhdud həyata, qüdrətə,
elmə malik olan bir varlığa arxalanmışlar; insan və
dünyanın sair varlıqları sanki müxtəlif qapılara,
pəncərələrə bənzəyir ki, hər biri öz tutumu qədərində
əbədiyyat dünyasında olan həqiqətləri göstərir.
Məhz belə olan halda insan əsalət və istiqlalı özündən
və hər bir şeydən alaraq öz sahibinə qaytarır, ürəyini hər
yerdən çəkərək yeganə Allaha qovuşur və Onun əzəməti
müqabilində heç nəyin qarşısında təzim etmir. Belə olan
halda insan Pərvərdigarın vilayəti altında qərar tapır, hər
bir şeyi Allahla tanıyır və Onun rəhbərlik və hidayəti ilə
pak əxlaq və gözəl əməllərlə özünə zinət verir (bu da fitrət
ayinindən ibarət olan islam dini və haqqa təslim
olmaqdır).
İnsani kamalın son mərhələsi məhz budur. Kamil insan
məqamı – yəni ilahi nemətlər nəticəsində bu məqama
çatan imam, kəsb etmə yolu ilə bu kamala nail olanlar
malik olduqları dərəcə ixtilafları ilə imamın həqiqi
ardıcılları olur.
Buradan aydın olur ki, imamı tanımaqla Allahı
tanımaq məsələsi heç vaxt bir-birindən ayrı deyildir. Eləcə
də Allahı tanımaqla insanın özünü tanıması da bir-
birindən ayrılmazdır.
Çünki öz məcazi varlığını tanıyan bir şəxs ehtiyacsız
Allahın həqiqi varlığını da hökmən tanıyacaqdır.
Dostları ilə paylaş: |