1. ÜMumi DİLÇİLİk I indd



Yüklə 10,63 Mb.
Pdf görüntüsü
səhifə102/250
tarix26.11.2023
ölçüsü10,63 Mb.
#135133
1   ...   98   99   100   101   102   103   104   105   ...   250
1. ÜMUMİ DİLÇİLİK I

DİLÇİLİYİN SAHƏLƏRİ
NƏZƏRİ DİLÇİLİK
ÜMUMİ DİLÇİLİK
TƏTBİQİ DİLÇİLİK
XÜSUSİ DİLÇİLİK
4-cü sxem. Dilçiliyin sahələri


Ü M U M İ D İ L Ç İ L İ K – I C İ L D
182
İndi bu makrosahələrin şərhinə keçək, onların hər bi-
rinin mövzusu, həcmi və digər cəhətləri ilə tanış olaq.
TƏTBİQİ VƏ NƏZƏRİ DİLÇİLİK
Dilçilik həm tətbiqi, həm də nəzəri elmdir. Bu cəhətə 
görə onun iki geniş sahəsi mövcuddur. Bunlardan biri 
nəzəri dilçilik sahəsi adlanır. Dilçiliyin nəzəri və tətbiqi as-
pektdə inkişafı heç də bunun iki elm olduğunu göstərmir. 
Lakin təəssüflə qeyd edilməlidir ki, bəzi elmi ədəbiyyatlar-
da dilçiliyin bu sahələrinin hər birinin ayrıca müstəqil elm 
hesab edildiyi fikirlərinə də rast gəlmək olur.
Dilçiliyin tətbiqi və nəzəri sahələrinin fərqləndirilmə-
sinin, bunlar arasında şərti də olsa, sərhədin müəyyənləş-
dirilməsinin xüsusi elmi əhəmiyyəti vardır. Bu sahələrin 
hər birinin özünəməxsus müəyyən tədqiqat mövzuları və 
problemləri mövcuddur.
5.01. TƏTBİQİ DİLÇİLİK VƏ ONUN
 
PROBLEMLƏRİ
Dilçilik elminin tətbiqi adlanan sahəsi nəzəri dilçilikdən 
onunla fərqlənir ki, burada dillə bağlı olan əməli məsələlər 
həll edilir. Bundan əlavə, tətbiqi dilçilik dilin praktik öyrə-
nilməsi üçün üsullar və vasitələr hazırlayır.
Ayrı-ayrı elmlərin tarixi göstərir ki, elmin başlanğıc döv-
ründə tətbiqi, əməli məsələlər ilk planda dayanır və zəruri hesab 
olunur, lakin sonralar elmin nəzəri sahəsi təşəkkül tapır. Belə bir 
cəhət tamamilə dilçilik elminə də aiddir. Tətbiqi dilçiliyin köklə-
ri çox qədimlərdə insan cəmiyyətinin yazı yaratmaq kimi zəruri 
əməli tələbləri ilə bağlı olmuşdur. Get-gedə əməli tələblər daha 
da artmış, yeni-yeni məsələlər qarşıya çıxmışdır. İnsanlar yazı 
yaratmaqla əlaqədar xalq təfəkkürünün nailiyyətlərini müha-


Ü M U M İ D İ L Ç İ L İ K – I C İ L D
183
fizə edib saxlamaq imkanı əldə etmişlər. Yaradılmış bədii əsər-
lərə kommentariyalar yazmağa başlamışlar və sair.
Dilçiliyin tətbiqi sahəsinə alimlər xüsusi qiymət ver-
mişlər. Bunun əhəmiyyətindən görkəmli dilçilərdən Bo-
duen de Kurtene hələ XIX əsrin 70-ci illərində Peterburq 
Universitetində mühazirə oxuduğu zaman geniş bəhs et-
mişdir. XX əsr dilçiliyində, o cümlədən ölkəmizdə tətbiqi 
dilçiliyə dövlət əhəmiyyətli məsələlərin həlli baxımından 
yanaşılmışdır. İndi başqa elm sahələrində olduğu kimi
dilçilikdə də tədqiqatın tətbiqi istiqamətinə daha çox me-
yil göstərilir və bu məqsədlə tətbiqi dilçiliyə aid əsərlərin 
nəşrinə geniş yer verilir.
Müasir vəziyyətinə görə tətbiqi dilçiliyin mövzu da-
irəsi çox genişdir və bu, get-gedə daha da şaxələnir.
Tətbiqi dilçilik problem zənginliyinə malikdir. Onun 
ən böyük problemlərindən aşağıdakıları göstərmək olar.

Yüklə 10,63 Mb.

Dostları ilə paylaş:
1   ...   98   99   100   101   102   103   104   105   ...   250




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin