Ü M U M İ D İ L Ç İ L İ K – I C İ L D
313
füz edə bilmişdir. O, 17 yaşa çatanda cəmi 40 söz öyrən-
mişdi. Sinqh göstərir ki, Kamalə çox az hallarda bu sözləri
demişdir. O, bu və ya başqa şeyin adını ancaq təkiddən
sonra tələffüz etmişdi. Adətən, sözü bütöv yox, onun ilk
hecasını tələffüz edirmiş. Kamalə ilk rabitəli cümləni 5 il
keçəndən sonra deyə bilmişdi. O, Sinqh xanıma çox meyil
etmiş və ona öyrəşmişdi. Bu qadın bir neçə vaxt uşaqlar-
dan ayrılmışdı. O, uşaq evinə gələndə Kamalə onun qar-
şısına qaçmış, sevinərək “Anam gəldi” demişdi. Bununla
bərabər çoxlu qarışıq səslər də çıxarmış ki, Sinqh xanım
onların heç birini başa düşməmişdi. Ümumiyyətlə, 9 il in-
sanlar arasında yaşamasına baxmayaraq, Kamalənin nitqi
lazımi dərəcədə inkişaf etməmişdi.
Bu hadisə aydın göstərir ki, insanın bioloji xassəsi cə-
miyyət xaricində təbii olaraq şəraitə uyğun şəkildə dəyişə
bilir, lakin onda nitq yaranıb inkişaf edə bilmir. Çünki dil
irsi qanunlara tabe deyil.
Dostları ilə paylaş: