Ü M U M İ D İ L Ç İ L İ K – I C İ L D
355
həmin şeyi əyani təsvir edib, onun səsini təqlid etmişdir;
məsələn, qoyun gördüyünü bildirmək üçün başını aşağı
salıb mələmiş, yaxud itlə rastlaşdığını “söyləmək üçün”
başını yuxarı tutub “hürmüşdür”... Beləcə də qurd (cana-
var) görəndə ulamış, öküz görəndə böyürmüş və bu qay-
da ilə bütün heyvanların, quşların səslərini və get-gedə
müxtəlif əşya və təbiət hadisələrinin gurultusunu, vıyıltı-
sını, şırıltı və xırıltısını da eşidib təqlid etmişdir. Bu nəzə-
riyyənin tərəfdarlarına görə,
təqlid olunan bu səs birləş-
mələri sonralar sözə çevrilmiş və dilin ilk leksik vahidləri
olmuşdur. Guya dilin digər sözləri də buradan və bu yolla
yaranmışdır.
Məlumdur ki, insanı əhatə edən təbiət və məişətdəki
canlıların, əşya və hadisələrin hamısı səs çıxarmır. Bəs bu
səs çıxarmayan “lal” varlıqlar necə ifadə edilə bilərdi? Bu
suala cavab üçün səs təqlidi nəzəriyyəsinin tərəfdarları səs
təqlidi anlayışının sərhədini süni şəkildə çox-çox genişlən-
dirməyə, həddindən artıq böyütməyə çalışmış və sadəcə
olaraq demişlər ki, səs çıxarmayan şeyləri də səs təqlidi ilə
ifadə etmək olar... Çox qəribə fikirdir. Görəsən, insan həya-
tı üçün zəruri olan geymək, yemək, yaşayış şeylərini necə
ifadə etmək olarmış? Dilin əmələ gəlməsini insanların təq-
lid etdikləri səslərlə bağlayan nəzəriyyənin təhlili göstərir
ki, burada irəli sürülmüş müddəalar elmi cəhətdən tam
əsaslandırılmadığı üçün bir sıra qüsurlara yol verilmişdir.
Həmin qüsurlar aşağıdakılardan ibarətdir.
1. Müasir dillərin leksik tərkibinin
etimoloji təhlili
müəyyən etmişdir ki, dildə təqlidi sözlər olduqca az-
dır. Lakin səs təqlidi nəzəriyyəsi belə sözlərin azlığını
nəzərə almamış və doğru olmadan bunları dilin ya-
ranmasında əsas hesab etmişdir.
2. Bizi əhatə edən maddi varlıqdakı əşya, cisim, hadisə
və digər şeylərin əksəriyyəti səs çıxarmağa və ya səs-
Ü M U M İ D İ L Ç İ L İ K – I C İ L D
356
lənməyə, səs törətməyə malik deyildir; məsələn,
tor
paq, ev, ay, ulduz, günəş, çörək, ət və sair. Bunları heç
cür yamsılamaq olmur. Bu
“lal” varlıqlara necə ad
verildiyini səs təqlidi nəzəriyyəsi düzgün izah edə
bilməmişdir.
3. Dildəki təqlidi sözlər insan həyatı
üçün zəruri olan
məfhumları ifadə etmir, məsələn,
qaqqıltı, qurultu, xı
rıltı, uğultu, gurultu, böyürtü, şırıltı və sair. Bu cəhəti
nəzərə alaraq qeyd etmək olar ki, təqlidi ünsürlər di-
lin ilk sözləri olmamış və ola da bilməzdi.
4. Ayrı-ayrı dillərin leksik tədqiqi göstərir ki, təqlidi
sözlər dilin inkişafının yaxın dövrünə aiddir
1
. Belə ki,
ilk insanın orqanları danışıq səslərini çıxarmaq üçün
formalaşmadığı bir dövrdə insanlar təbiətin müəyyən
hadisə və canlılarının səslərini yamsılayıb ona müva-
fiq olan səs çıxara bilməzdi. Hətta indi təbiətin elə səs-
ləri var ki, insanın danışıq üzvlərinin çox inkişaf etdiyi
müasir dövrdə onları tələffüz etmək olmur. Məsələn,
od yananda alovdan çıxan səsi heç cür tələffüz etmək
mümkün deyil.
Beləliklə, aydın olur ki, dildəki
qur(ultu), tıs(ıltı), qur
bağa, tısbağa və sair kimi sözlər insanın səs təqlidi bacarı-
ğının inkişafı nəticəsində əmələ gəlmişdir. Lakin qeyd et-
məliyik ki, bu sözlərin yaranma tarixi, təbii olaraq, müxtə-
lifdir. Məsələn, yuxarıdakı sözlərdən, şübhəsiz ki,
qur(ul
tu), tıs(ıltı) sözləri daha qədimdir. Nisbətən yeni söz olan
tısbağa və
qurbağa sözləri isə aşağıdakı formada sonradan
yaranmışdır:
1
Bəzi dilçilər dillərdə qədim səs təqlidinə aid sözlər tapmaq mümkün olduğunu və bun-
ların hamısının dilin müasir mərhələsinə aid olmadığını söyləyirlər. Əlbəttə, təqlidi sözlər
eyni dövrdə yaranmamışdır. Buna görə də onların bir qisminin qədim olduğuna inanmaq
mümkündür.
Ü M U M İ D İ L Ç İ L İ K – I C İ L D
357
tıs
qur
bağa
tısbağa
qurbağa
tısıldayan bağa
quruldayan bağa
Deməli,
dildə əvvəlcə qur(ultu),
tıs(ıltı),
bağa sözləri
yaranmış, sonra bunların birləşməsindən
qurbağa və
tıs
bağa sözləri əmələ gəlmişdir. Bu canlılardan (bağalardan)
biri tısıldadığına görə ona
tısbağa, digəri isə quruldadığına
görə ona
qurbağa adı verilmişdir.
5. Dilin lüğət tərkibinin
müəyyən hissəsini mücərrəd
anlayışları bildirən sözlər təşkil edir. Lakin təqlidi
sözlərin bunlarla heç bir əlaqəsi yoxdur və bu nəzə-
riyyə həmin sözlərin yaranmasını da izah edə bilmir.
6. Bütün dünya dillərində mövcud olan təqlidi sözlə-
rin fonetik tərkibi eyni deyildir. Canlıların çıxardığı
əşya və hadisələrin törətdiyi eyni səs müxtəlif dillərin
özünəməxsus səs və
səs kompleksi ilə ifadə olunur;
məsələn:
Dostları ilə paylaş: