1. ÜMumi DİLÇİLİk I indd


Dilin yaranmasına aid günəş nəzəriyyəsi



Yüklə 10,63 Mb.
Pdf görüntüsü
səhifə209/250
tarix26.11.2023
ölçüsü10,63 Mb.
#135133
1   ...   205   206   207   208   209   210   211   212   ...   250
1. ÜMUMİ DİLÇİLİK I

6. Dilin yaranmasına aid günəş nəzəriyyəsi
Dilin mənşəyinə dair maraqlı nəzəriyyələrdən biri 
günəş nəzəriyyəsidir. Bu nəzəriyyənin tarixi bir o qədər 
qədim deyildir.
XX əsrin 30-cu illərində (1936) Vyana alimi dilin mey-
dana gəlməsinə dair günəş nəzəriyyəsini irəli sürmüşdür.
Bu nəzəriyyəyə görə dilin yaranmasının əsasını söz-
lər deyil, səslər təşkil etmişdir. Alimin fikrincə, ilk insan-
lar gördüklərini, hiss etdiklərini ifadə etmək üçün müxtə-
lif səslər çıxarmışlar və ilkin ünsiyyət prosesi buradan 
başlamışdır.
İlk insanlar:
– günün çıxmasını “A”, “A”, “A”, “A”, “A”;
– günün batmasını “O”, “O”, “O”, “O”, “O” deməklə 
ifadə etmişlər.
– güləndə “İ”, “İ”, “İ”, “İ”, “İ” ;
– xəstələnəndə “L”, “L”, “L”, “L”, “L” səsi çıxarmışlar...
Günəş nəzəriyyəsinə görə, ilk insan türk, ilk dil də ulu 
türk dili olmuşdur.


Ü M U M İ D İ L Ç İ L İ K – I C İ L D
368
8.03. DİLİN MƏNŞƏYİNİN HƏQİQİ ŞƏRHİ
Ümumiləşmiş şəkildə göstərməliyik ki, dilin mənşə-
yinə dair yuxarıdakı nəzəriyyələr, hər şeydən əvvəl, dilin 
yaranmasını onun sahibi olan cəmiyyətlə əlaqələndirməyi 
əsas tutmadığına görə yanlış və ya qüsurludur.
Dilin əmələ gəlməsinin real izahı dili cəmiyyətin tarixi 
ilə bağlamağı tələb edir. Buna görə qısa şəkildə də olsa
insanın yaranma tarixinə səyahət etmək lazım gəlir.
İnsanın yaranması haqqında əsrlər boyu bir çox müla-
hizə və nəzəriyyələr meydana çıxmışdır. Bunlar iki qismə 
bölünür: a) insanın ilahi qüvvə tərəfindən yaradılması fi-
kirləri; b) insan əcdadının başqa canlılar aləmindən əmələ 
gəlməsi nəzəriyyələri.
İnsanın əmələ gəlməsinin ilahiyyatla əlaqələndirilmə-
sinə ən çox əfsanələrdə təsadüf olunur. Bu sahədə ən ge-
niş yayılmış əfsanə babillər tərəfindən yaradılmışdır. Hə-
min əfsanədə insanın Allah tərəfindən gildən hazırlandığı 
göstərilir. Bu mülahizəni sonradan misir, yunan və digər 
qədim xalqlar da qəbul etmişlər. Qədim yunanlar deyir-
dilər ki, allahlar padşahı Zevs gildən insan fiquru hazırla-
mış, sonra ona nəfəs vermiş və bununla da ilk insan dün-
yaya gəlmişdir.
İnsanın gildən yaradılması fikri Afrika xalqları ara-
sında geniş yayılmışdı. Həmin xalqların bəziləri belə gü-
man edirdilər ki, guya Allah insanı gildən yaradanda gilin 
müxtəlif növ və rəngindən istifadə etmiş, bunun əsasında 
da insanların dərisinin rəngi bir-birindən fərqlənmişdir, 
yəni ağ gildən ağ rəngli adamlar, qara gildən zəncilər, qır-
mızı gildən ərəblər və b. əmələ gəlmişdir.
Polineziyalılar isə belə hesab etmişlər ki, guya Allah 
insan fiqurunu düzəldərkən gili müxtəlif heyvanların qanı 
ilə yoğurmuş və nəticədə heyvan qanı insanların xarakte-


Ü M U M İ D İ L Ç İ L İ K – I C İ L D
369
rinin fərqlənməsinə səbəb olmuşdur. Belə ki, guya bu can-
lıların xüsusiyyətlərinə uyğun olaraq, siçovul qanı ilə yoğ-
rulmuş gildən əmələ gələn adam oğru, xoruz qanı qatılmış 
gildən düzəldilən insanlar isə cəsarətli olmuşlar
1
. Bütün 
bu deyilənlər, şübhəsiz, həqiqətdən uzaq olan əfsanələr-
dir. Buna görə də insanın yaranmasına dair həmin müla-
hizələrdən heç bir elmi nəticə çıxarmaq mümkün deyil.
Əfsanələrdəki fikirlərin əksinə olaraq, hələ lap qədim-
dən insanın yaranmasına dair elmi fərziyyə və mülahizələr 
də meydana çıxırdı. Xüsusilə antik dövrün alimləri insa-
nın əmələ gəlməsi məsələsini həll etməyə böyük səy göstə-
rirdilər. Uzaq keçmişin görkəmli mütəfəkkirlərindən biri 
olan Anaksimandr (bizim eradan əvvəl 610-547-ci illər) de-
yirdi ki, canlılar günəş şüalarının təsiri altında su və gildən 
əmələ gəlmişlər. İnsan da belə bir şəraitdə yarandığı üçün 
ilk dövrlərdə balığa oxşamışdır
2
. Su dalğaları insanı sahilə 
atandan sonra balıq oxşarlığı ondan silinib getmişdir. Bu 
fikrin tərəfdarı təkcə Anaksimandr deyildi. O dövrün bir 
sıra alimləri insanın yaranmasına aid həmin mülahizənin 
doğruluğuna şübhə etmirdilər.
Qədim dövrün alimlərindən Anaksaqor (bizim era-
dan əvvəl 500–428-ci illər) insanın balıqdan, yaxud da 
başqa dəniz heyvanlarından əmələ gəldiyini fərz edirdi. 
Bu fikrin birinci tərəfini qəbul edənlər az olmadığı kimi, 
ikinci tərəfinin müdafiəçiləri də yox deyildi. Bu müddəa-
lar, xüsusilə insanın mənşəyinin heyvanla əlaqələndiril-
məsi antik elmin, bir növ, irəliyə doğru böyük addımı idi.
İnsanın mənşəyinə dair antik elmdə cəsarətli addım 
qədim yunan filosofu Aristotel (bizim eradan əvvəl 385–
322-ci illər) tərəfindən atılmışdır. Aristotel insanı “ictimai 
1
И.Аугуста, З.Бурман. Жизнь древнего человека. Прага, 1971, c. 6-7.
2
Yəqin ki, rəssamların çəkdikləri yarıadam-yarıbalıq qadın rəsmləri də bu ideyanın təsirində 
meydana çıxmışdır.


Ü M U M İ D İ L Ç İ L İ K – I C İ L D
370
heyvan” adlandırırdı. O deyirdi ki, insan başqa heyvanlar-
dan çox fərqlidir, lakin onlarla qohumdur.
Beləliklə, antik dövrdən başlayaraq insanın heyvanlar 
aləmindən yaranmasına dair nəzəriyyələr get-gedə çoxal-
mış və inkişaf etdirilmişdir. Bizim eranın əvvəllərindən 
XIX əsrin axırlarına qədər Fransada, Almaniyada, Rusiya-
da, İngiltərədə və b. ölkələrdə insanın mənşəyinə dair daha 
bir sıra fikirlər söylənilmişdir. Bu məsələdə bütün müba-
hisələrə görkəmli ingilis alimi Çarlz Darvin son qoydu. O, 
insanın heyvanlar aləmindən yarandığını elmi və ətraflı 
şəkildə sübut etdi
1
. Darvin insanın başqa heyvanlarla, ilk 
növbədə meymunla qohum olduğunu göstərdi və insana-
bənzər meymunla insanın ümumi bir əcdaddan yarandığı-
nı aydınlaşdırdı. İnsanın heyvandan yarandığı fikri F.En-
gels tərəfindən daha da inkişaf etdirilərək tam materialist 
nəzəriyyəyə çevrildi. F.Engelsin insanın əmələ gəlməsinə 
dair nəzəriyyəsində deyilir: “Paleontologiya tarixinin ver-
diyi bütün məlumata əsasən fərz etməliyik ki, əvvəlcə say-
sız-hesabsız hüceyrəsiz və hüceyrəli protist növləri əmələ 
gəlmişdir; bunlardan bizim zəmanəmizə qədər yalnız Eo-
zoon canadense
2
qalmışdır, həm də bunlardan bəziləri ilk 
heyvanları əmələ gətirmişdir. İlk heyvanlardan isə, başlıca 
olaraq, sonrakı diferensiasiya yolu ilə saysız-hesabsız hey-
vanat sinifləri, dəstə, fəsilə, cins və növləri inkişaf etmişdir. 
Nəhayət, əsəb sisteminin tamamilə inkişaf etdiyi bir for-
ma, yenə də bunlardan elə bir onurğalı əmələ gəlmişdir ki, 
bunda təbiət öz-özünü dərk edir: bu, insandır”
3
.
1
Ç.Darvin “Biql” gəmisində dünyanı beş il səyahət etmiş və çoxlu faktlar toplamışdır. Əldə 
etdiyi materiallar əsasında təbiətdə hər şeyin dəyişdiyini söyləmişdir. O, indiki bitkilərin və 
heyvanların qədimdəkinin eyni yox, nəsilləri olduğunu sübut etmişdir.
2
Eozoon canadense (eozoon kanadenze) – Kanadada qazıntıda tapılan və ən qədim ibtidai 
orqanizmlərin qalıqları sayılan heyvandır. Alman zooloqu K.Mobnus 1878-ci ildə həmin 
heyvanın üzvi mənşəyi haqqındakı fikri təkzib etmişdir.
3
F.Engels. “Təbiətin dialektikası”. Azərnəşr, 1966, səh. 16.


Ü M U M İ D İ L Ç İ L İ K – I C İ L D
371
İnsanın heyvanlar aləmindən ayrılıb formalaşmasına 
dair təlim hazırda bütün dünyada qəbul edilmişdir. Müa-
sir elmdə bu məsələdən bəhs edilərkən insanın əcdadı, 
mübahisəsiz olaraq, qədim heyvanlar arasında axtarılır.
İnsanın heyvanlar aləmindən ayrılıb inkişaf etdiyini 
necə başa düşmək lazımdır?
Bizim planetdə həyat əmələ gəldiyi vaxtdan (alimlərə 
görə, təqribən 2 milyard 7 yüz milyon il bundan əvvəl) 
başlayaraq kainatda mövcud olan hər bir canlı sadədən 
mürəkkəbə doğru inkişaf yolu keçmişdir. İnsanın inkişaf 
yolu bütün canlılarınkından çox-çox mürəkkəb olmuşdur. 
İndi, qısa da olsa, insanlaşmanın izinə nəzər salaq.
Hələ lap uzaq keçmişdə, yəni antropoloqların qeyd 
etdikləri kimi, təxminən, 50 milyon il bundan qabaq kül-
li miqdarda mövcud olan canlılardan meymunvarı varlıq 
əmələ gəlmişdir. Müəyyən qanunauyğunluqlar əsasında 
meydana çıxmış həmin varlıq sürətli inkişaf yolu keçmiş-
dir. Xeyli müddətdən sonra onların quruluşlarında fərqlər 
yaranmış, xüsusi qruplar formalaşmışdır. Onlardan bir 
qrupunun burnu enli olmuş, digər qrupunun burnu nazik, 
quruluşları isə müəyyən dərəcədə insana oxşamışdır. Bu 
ikinci qrup ən qədim insanabənzər meymunlar idi ki, in-
diyə kimi elm aləminə onların 20-dən çox tipi məlumdur. 
İnsanın mənşəyi bilavasitə həmin insanabənzər meymun-
ların müəyyən tipi ilə bağlı olmuşdur.
Qədim aləmdə yer üzünün çox hissəsi qalın meşələrlə 
örtülü olduğu bir dövrdə müxtəlif tip ən qədim insanabən-
zər meymunlar ağaclarda yaşamışlar.
Get-gedə təbiətin dəyişməsi, xüsusilə iqlimin soyu-
ması nəticəsində meşələr azalıb cənuba tərəf çəkilmiş, bö-
yük səhralar əmələ gəlmişdir. Bu şərait ən qədim insana-
bənzər meymunların yaşayışında dəyişiklik yaratmışdır. 
Belə ki, ən qədim insanabənzər meymunların bir qrupu


Ü M U M İ D İ L Ç İ L İ K – I C İ L D
372
əvvəllərdə olduğu kimi, yenə də ağaclarda məskən salmış, 
digər qrupu isə meşədən kənarda, səhra və düzənlikdə də 
yaşamağa alışmışdır. Səhrada yaşayan bu qədim meymun-
lar şəraitin tələbi əsasında özünün bir sıra heyvani xüsu-
siyyətlərini unudub, yeni cəhətlər əldə etmək zərurəti qar-
şısında qalmışlar. Beləliklə, “lal” dövrlərin qədim insana-
bənzər meymunları daxili iki təkamül budağına ayrılmış-
lar. Bu budağın birinə aid olan insanabənzər meymunlar 
heyvanlar aləmindən ayrıla bilməyib daim heyvan olaraq 
qalmışdır; bunların müasir nümunələri şimpanze, qorilla, 
oranqutandır
1
. Digər budağa aid olan insanabənzər varlıq 
isə böyük inkişaf yolu keçmiş və bunların əsasında insan 
əmələ gəlmişdir.
Qədim insanabənzər varlıq “...yerdə gəzərkən əllərin 
köməyindən istifadə etməyi yadırğamağa və getdikcə daha 
çox dərəcədə dik yeriməyi öyrənməyə başlamışdır”
2
. İnsa-
nabənzər varlığın dal qıçları üzərində qalxıb müvazinətini 
saxlaya bilməsi insan əcdadının dünyaya baş qaldırması 
idi. Dik yeriyə bilmək insanlaşma prosesində xüsusi əhə-
miyyət kəsb etmişdir. Bu dövrdən insanabənzər varlığın 
əyri qəddi düzəlməyə, ensiz kürəyi enliləşməyə, qısa qıç-
ları uzanmağa, uzun qolları gödəlməyə başlamışdır. Bun-
larla yanaşı, yavaş-yavaş əl də təkmilləşmiş, barmaqlar 
müstəqil hərəkət etməyə alışmışdır... İnsanın əmələ gəl-
məsində bütün bunlar, yəni insanabənzər canlının dik ye-
riməsi və əllərin təkmilləşməsi başlıca amil olmuşdur.
Milyon illər bundan qabaq iki ayaq üstə yeriməyə 
alışmış insanvarı varlığı antropoloq mütəxəssislər avstra-
lopitek
3
adlandırırlar. Avstralopitek bir sıra əlamətləri ilə 
1
Oranqutan bəzi xalqlarda “meşə adamı” deməkdir.
2
F.Engels. Təbiətin dialektikası. B., 1966, səh. 144.
3
Avstralopitek (australopitecus) iki sözdən ibarətdir. Australis “cənub”, pitekus “meymun” 
deməkdir.


Ü M U M İ D İ L Ç İ L İ K – I C İ L D
373
insana daha yaxın idi. Bu cəhəti nəzərə alan alimlər onları 
insanabənzər canlı ilə insan arasında yeni inkişaf mərhələ-
si hesab etmişlər.

Yüklə 10,63 Mb.

Dostları ilə paylaş:
1   ...   205   206   207   208   209   210   211   212   ...   250




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin