1. ÜMumi DİLÇİLİk I indd


İlk insan və onun dili haqqında



Yüklə 10,63 Mb.
Pdf görüntüsü
səhifə211/250
tarix26.11.2023
ölçüsü10,63 Mb.
#135133
1   ...   207   208   209   210   211   212   213   214   ...   250
1. ÜMUMİ DİLÇİLİK I

İlk insan və onun dili haqqında
Heyvanlar aləmində avstralopitekin təkamül etməsi 
nəticəsində ilk həqiqi insan əmələ gəlmişdir. Buna pite-
kantrop
1
da deyilir. Pitekantropun qalıqları ilk dəfə Yava 
adasında tapılmışdır. Ekspedisiya zamanı alimlər Çində 
Pekinin yaxınlığında da bu tipli adam sümükləri tapmış-
lar. Alimlər Çin tapıntısını sinantrop adlandırmışlar ki, 
bu sözün mənası “Çin adamı” deməkdir. İlk insan təkcə bu 
yerlərdə deyil, Avropa və Afrikada da yaşamışdır. Bunu 
həmin yerlərdən tapılmış sümüklər sübut edir.
Pitekantropun əvvəllərdə öz əcdadı avstralopitek-
dən – insanvarı varlıqdan fərqi az idi. Belə ki, onların bə-
dəni tüklə örtülü olmuş, sifətləri heyvana bənzəyirdi. Alın-
ları ensiz və yatıq, boyları balaca görünüşlü idi. Əyilmiş, 
bükülmüş formada yerimişlər. Lakin get-gedə pitekantrop 
əcdadından fərqlənməyə başlamışdır. Bu fərq onun kəllə 
quruluşunda və başqa orqanlarında olmuşdur.
İlk insanlar tək-tək deyil, dəstə halında yaşamışlar. 
Çünki onlar təbiətlə mübarizədə qüvvəsiz idilər, zama-
nın yaşayış tərzi qarşılıqlı kömək, birgə əmək tələb edirdi. 
Məhz buna görə də əmək, tələbat insanları dəstələr halında 
birləşdirmişdi. Alimlərin mülahizələrinə görə, bu dəstələr 
böyük olmayıb, hər biri 20-30 nəfərdən ibarət imiş. “Ən qə-
dim insanların dəstələri bir-biri ilə az bağlı idi, onlar hər 
hansı qruplarda birləşmirdilər”
2
.
Pitekantropların həyat şəraiti çox ağır olmuş, onlar ac-
lığa, susuzluğa, soyuğa məruz qalmışlar. Soyuqdan məhv 
olmamaq üçün çətinliklə vəhşi heyvan dərisini soyub ona 
bürünmüşlər. Qidalanmaq üçün həm kiçik, həm də böyük 
1
Pitekantrop (pithecontropus) iki yunan sözünün birləşməsi olub, pitekos – “meymun”, an-
tropos isə “insan” deməkdir.
2
А.А.Формозов. Этнокультурные области на территории Европейской части СССР в 
каменном веке. M., 1959, с. 30.


Ü M U M İ D İ L Ç İ L İ K – I C İ L D
376
heyvan ovlamışlar. Böyük heyvan ovlamaq yeni alət, yeni si-
lah tələb etmişdir. Bu tələbin əsasında ilk adamda düşüncə 
yaranmış, fikir əmələ gəlmişdir. İlk insanın “ağıllı hərəkəti” 
nəticəsində əmək alətləri çoxalmış, daş alətlər – daş balta, daş 
bıçaq və sair meydana çıxmışdır. Qədim insanlar oddan isti-
fadə etməyi öyrənmişlər (odu sinantrop əldə etmişdir). Özlə-
rinə sığınacaq hazırlamışlar. Bu dövrdən əmək bölgüsü baş-
lamışdır. Belə ki, dəstənin bir qrup adamı ova getmiş, başqa 
bir qrupu yaşayış yerində qalıb aramsız olaraq tonqal qala-
maqla odu sönməyə qoymamışdır. Bütün bunlar düşüncəli 
şəkildə edilmişdir. Düşüncəli halda əmək yerinə yetirilməyə 
başlanıldıqdan sonra dilə ehtiyac daha da artmışdır. Lakin ilk 
insanda mövcud olan ünsiyyət vasitəsi hələ çox-çox zəif idi. 
Bəzi fərziyyələrə görə, pitekantropun danışığı 10–15 səsdən 
ibarət olmuşdur. Pitekantropun danışığı ilə avstralopitekin 
“nitqi” arasındakı fərq bunların vəzifəsində idi. Belə ki, möv-
cud mülahizələrə görə, əgər avstralopitekdə meydana gələn 
səs siqnal xarakteri daşıyırdısa, pitekantropda bunun vəzifəsi 
dəyişmişdi
1
. Yəni pitekantropun çıxardığı səs ilk dəfə hərəkə-
tin siqnalı, sonradan isə birgə fəaliyyət üçün hamını hərəkətə 
gətirən ictimai ünsiyyət vasitəsilə olmuşdur. Miqdarca az 
olub, üzvlərinə bölünməyən pitekantrop səsləri get-gedə 
çoxalmış, bu və ya başqa “əşya və hadisə bildirmişdir”.

Yüklə 10,63 Mb.

Dostları ilə paylaş:
1   ...   207   208   209   210   211   212   213   214   ...   250




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin