Ü M U M İ D İ L Ç İ L İ K – I C İ L D
383
yolu keçmişdir. Beynin təkamülü müasir insana qədər da-
vam etmişdir. Bu prosesdə get-gedə insanın beyin həcmi
artmışdır. Mütəxəssislər beynin inkişafını onun xüsusi və-
zifəsinin yaranması ilə əlaqələndirirlər.
İnsan beyni mürəkkəb quruluşa
1
malik olub, bir neçə
şöbədən ibarətdir. Beynin iki (sağ və sol) yarımkürəsi
vardır. Sol yarımkürə sağdan böyükdür. Elm hələ qədim
insanlarda (pitekantropda)
beynin sol hissəsinin böyük
olduğunu müəyyən etmişdir. Mərkəzi xətlər,
əsəb siste-
mi mövcud olan beyin yarımkürələrində görmə, eşitmə...
mərkəzləri yerləşdiyi kimi, ayrıca nitq mərkəzi də vardır.
Nitqi idarə mərkəzi beynin sol yarımkürəsinin müəyyən
hissəsindədir. Bu mərkəz zədələnib
fəaliyyətdən düşən-
də insan nitq səslərini, tələffüz
etmək vərdişini unudur
və danışa bilmir. Alimlər sübut edirdilər ki, belə hallarda
insanın danışıq üzvlərinin hamısı adi qaydada olur. İn-
san bu üzvləri müxtəlif formada hərəkət etdirir. Deyək ki,
dodaqlarını bir-birinə kipləşdirir, dili ön dişlərin arxasına
toxundurur, irəli uzadır, geri çəkir və sair. Lakin bu, yaxud
başqa üzvlərlə heç bir danışıq səsini tələffüz edə bilmir.
Bəs danışıq səsi necə əmələ gəlir? Hər şeydən əvvəl
deməliyik ki, “səs beyin proseslərində meydana çıxır”.
Belə ki, bu və ya başqa səsin yaranması üçün beyin mərkə-
zindən digər danışıq üzvlərinə siqnallar gəlir. Bu siqnallar
vasitəsilə nitq cihazının bütün üzvləri arasında əlaqə yara-
dılır və hər bir üzv müəyyən vəzifə yerinə yetirməli olur.
Məsələn, tənəffüs orqanlarına müvafiq hava axınının ta-
razlaşdırılmasına, artikulyasiya üzvlərinə yönələn siqnal-
lar isə həmin səsin formalaşmasına xidmət edir. Deməli,
hər bir səs ancaq beyin mərkəzinin verdiyi siqnal əsasında
əmələ gəlir. Buna görə də danışıq səsini əmələ gətirməkdə
1
Bax: Некоторые теоретические вопросы строения и деятельности мозга.
Ü M U M İ D İ L Ç İ L İ K – I C İ L D
384
beyin-əsəb sistemi idarəedici, qalan orqanlar isə icraedici
üzvlərdir. İcraçı üzvlər 3 hissəyə bölünür. Bu hissələrin və
bunlara daxil olan orqanların hər biri səsin yaranmasında
müəyyən vəzifə yerinə yetirir.
Adətən, icraçı danışıq üzvlərinin
təsvirinə tənəffüs
orqanlarından başlanır. Çünki səsin materiyası hava axını-
dır və bu hava axını tənəffüs üzvləri vasitəsilə əmələ gəlir.
Başlıca tənəffüs üzvlərini ağciyərlər, bronxlar və nəfəs bo-
rusu təşkil edir
1
.
Dostları ilə paylaş: