Ü M U M İ D İ L Ç İ L İ K – I C İ L D
390
bilən bu dəyişiklik əzələlərin gərginləşməsi və zəifləşməsi
nəticəsində baş verir.
Udlaq çoxvəzifəli üzvdür. Onun vəzifələrinə həm sor-
ma, udma, həm də tənəffüs, səsi qüvvətləndirmə və sair
daxildir. Yuxarıda qeyd etmişdik ki, səs tellərinin titrəmə-
si çox zəif səs törədə bilir. Bu
səs rezonatorlar vasitəsilə
gücləndirilir. Udlaq boşluğu
da səsi qüvvətləndirən re-
zonatorlardan biridir. Hava rəqslərinin qüvvəsi bu üzvün
daxilində müəyyən miqdar artır. Danışıq səsinin yaranma-
sında udlaq boşluğunun rezonator vəzifəsi ancaq bu qeyd
etdiyimizdən ibarətdir.
Nitq prosesində hava axını udlaq boşluğundan iki is-
tiqamətə –
ağız və
burun boşluğuna keçə bilir.
Dostları ilə paylaş: