1. ÜMumi DİLÇİLİk I indd



Yüklə 10,63 Mb.
Pdf görüntüsü
səhifə228/250
tarix26.11.2023
ölçüsü10,63 Mb.
#135133
1   ...   224   225   226   227   228   229   230   231   ...   250
1. ÜMUMİ DİLÇİLİK I

1. DİLİN FONETİK SİSTEMİ
Fonetik sistemin əsas vahidi fonemdir. Fonem dilin 
ən kiçik vahidi olub, sözü və onun qrammatik formasını 
fərqləndirməyə xidmət edir. Dünya dilləri malik olduq-
ları fonemlərin miqdarına görə çox müxtəlifdir. Dilin fo-
netik sisteminə danışıq səslərinin əmələ gəlməsi, miqdarı, 
quruluşu, tərkibi, keyfiyyəti və s. daxildir. Hər bir dilin 
özünəməxsus fonem (səs) sistemi vardır. Dillərin tədqiqi 
və öyrənilməsi birinci növbədə səs sistemindən başlayır. 
Çünki nitq axınında və morfem tərkibində danışıq səslə-
rinin birləşməsi və iştirakına görə dillər bir-birindən fərqli 
cəhətlərə malikdir. Məsələn, müasir Azərbaycan ədəbi di-
lində ığ səsləri ilə başlayan heç bir sözə rast gəlmək 
mümkün deyil, bundan fərqli olaraq, ərəb dilində ğ səsi ilə 
başlayan, çukçey dilində ı səsi ilə başlayan sözlər işlənir. 
Yaxud Azərbaycan dilində ö səsi sözün sonunda işlənmir. 
Göründüyü kimi, danışıq səslərinin morfem tərkibində iş-
lənmə xüsusiyyətləri hər bir dilin ilk əlaməti kimi nəzərə 
çarpır.
Dünyanın bütün dillərində səs sistemi iki əsas kateqori-
yaya uyğun qruplaşdırılır: sait fonemlər və samit fonemlər.


Ü M U M İ D İ L Ç İ L İ K – I C İ L D
409
Sait fonemlər sistemini təşkil edən səslər istər arti-
kulyasiya, istər akustik və istərsə də fonoloji cəhətdən 
bir-birinə yaxın olur. Bu kateqoriyaya aid səslərin – fo-
nemlərin aşağıdakı səciyyəvi cəhətləri, xarakterik xüsu-
siyyəti vardır:
incə
qalın
dilortası
dodaqlanmayan
açıq
yuxarı
aşağı
qısa
dodaqlanan
dilarxası
dilönü
qapalı
orta
uzun
diftonq
SAİTLƏR
Saitlər heca təşkil edir. Bundan başqa, morfemlər bun-
larsız yarana bilmir. Məsələn: sənət – sənətkar. Burada ə-a 
olmadan kök və budaq morfem və heca yarana bilməz.
Samit fonemlər sistemini təşkil edən səslərin başlıca 
fərqlərindən biri onların saitsiz tələffüz edilməməsidir. Bü-
tün samitlərin ayrıca tələffüzündə ı səsi də eşidilir.


Ü M U M İ D İ L Ç İ L İ K – I C İ L D
410
z
i
ş
l
y
t
o
n
v
x
d
a
t
z
ş
Dünya dillərində samitlərin aşağıdakı xarakterik xü-
susiyyətlərinə rast gəlinir:
SAMİTLƏR
kar
cingiltili
Yüklə 10,63 Mb.

Dostları ilə paylaş:
1   ...   224   225   226   227   228   229   230   231   ...   250




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin