Ü M U M İ D İ L Ç İ L İ K – I C İ L D
413
Elmi ədəbiyyatda dilin ümumi leksik sistemi üç müxtə-
lif səviyyəli yarımsistem əsasında şərh olunur. Sözün leksik-
qrammatik dərəcəsi, leksem və leksik-semantik variantları
1
.
Müşahidə və təhlillər göstərir ki, sözün ancaq leksem variant-
larının dildə mövcudluğu bütöv obyektiv leksik sistem təşkil
edir. Sözün leksik-qrammatik dərəcəsi və leksik-semantik
variantları isə dilin başqa laylarına məxsus sistemə malikdir.
3. DİLİN SEMANTİK SİSTEMİ
Sözlərin leksik-semantik variantlarına dair qanunauy-
ğunluqların məcmusu dilin semantik sistemini təşkil edir.
Semantik sistemdən bəhs edən dilçilik şöbəsi
semasiologi-
ya adlanır.
Dilin semantik sistemi daxilində söz və ifadələr müəy-
yən məna donuna girərək
bu cəhətdən müxtəlif növ və
qruplar təşkil edir, habelə onların mənalarında çoxşaxəli
inkişaf istiqamətləri baş verir.
Dilin semantik sistemi rəngarəng semantik hadisələrlə
zəngindir. Semantik sistemin özəyini
məna təşkil edir. Sö-
zün maddi varlıqdakı əşya, hadisə və sairi əks etdirməsinə
onun mənası deyilir. Dildə olan sözlərin çox hissəsi müstəqil
məna kəsb edir. Sözlərin müəyyən məna bildirməsi təsadü-
1
Bax: В.Н.Конецкая. O системности лексики. “Вопросы языкознания”, 1984, № 1, c. 27.
Dostları ilə paylaş: