1. ÜMumi DİLÇİLİk I indd



Yüklə 10,63 Mb.
Pdf görüntüsü
səhifə232/250
tarix26.11.2023
ölçüsü10,63 Mb.
#135133
1   ...   228   229   230   231   232   233   234   235   ...   250
1. ÜMUMİ DİLÇİLİK I

DİLİN SEMANTİK SİSTEMİ
Sözün mənası
Tam məna
Natamam məna
Lüğəvi məna
Qrammatik məna
Mənanın genişlənməsi
Mənanın daralması
Mənanın dəyişilməsi
Mənanın inkişafı
Həqiqi məna
Məcazi məna
Təkmənalılıq
Çoxmənalılıq
Omonimlər
Sinonimlər
Antonimlər
Paronimlər 
Evfemizmlər
Tabu sözlər


Ü M U M İ D İ L Ç İ L İ K – I C İ L D
416
Bu mənzərə dildə tamamilə spesifik qanunauyğun-
luqlara və kateqoriyalara məxsus bir sistemin – semantik 
sistemin mövcudluğunu bir daha əyani şəkildə təsdiq edir. 
Hər bir dilin semantik sistemində bu qanunauyğunluq və 
kateqoriyalar obyektiv şəkildə fəaliyyət göstərir. Bunları 
öyrənmədən, dərk etmədən dilin semantik sistemi haqqın-
da heç bir təsəvvür yaratmaq olmaz.
4. DİLİN MORFOLOJİ SİSTEMİ
Dilin morfoloji sistemi (qatı, layı) morfemləri əhatə 
edir. Morfem dedikdə şəkilçi, kök və s. nəzərdə tutulur.
Kök morfemlər sistemi dilin özəyini təşkil edir. Çünki dil-
dəki bütün sözlər kök morfemlər əsasında yaranır və çoxalır. 
Bunun nəticəsidir ki, dildə bəzən bir neçə sözün kökünü vahid 
morfem təşkil edir. Məsələn, Azərbaycan dilində aç(maq) kök 
morfemi əsasında aşağıdakı sözlər əmələ gəlmişdir: aç, açar, 
açarqayıran, açarlı, açarçı, açarçılıq, açdırılma, açdırılmaq, açdırma, 
açdırtmaq, açdırtma, açdırmaq, açıq, açıq-aydın, açıq-açığına, açıq­
bəniz, açıqdan, açıqdan-açığa, açıqgəzən, açıqgöz, açıqgözlü, açıqgöz­
lülük, açıqlıq, açıqraq, açıqrəngli, açıq-saçıq, açıq-saçıqlıq, açıqtəhər, 
açıqürəkli, açıqfikirli, açıqca, açılıb-yığılma, açılmış, açılışma, açılış­
maq, açılma, açılmaq, açılmaz, açım, açıcı, açış, açma, açmaq
1
.
Kök morfemlərin bu cür söz yuvası rolunu oynaması 
bütün dünya dilləri üçün xarakterikdir. Bu hadisə flek-
tiv dillərdə daha qabarıq nəzərə çarpır. Dilçilikdə belə bir 
qəti fikir hökm sürür ki, yer üzündə kök morfemsiz dil 
yoxdur. Dildə kök morfemi çox zaman söz səviyyəsin-
də çıxış edir. Məsələn, Azərbaycan dilində daş, su, əl, al, 
1
Bax: Azərbaycan dilinin orfoqrafiya lüğəti. Bakı, 1975, səh. 73-74.


Ü M U M İ D İ L Ç İ L İ K – I C İ L D
417
get, gəl, yat, oxu, yaz, bax və s. yüzlərlə, minlərlə belə kök 
morfemlər müstəqil söz kimi söz birləşməsi və cümlədə 
işlənir. Deməli, dilin morfoloji sistemində kök morfemlər 
aparıcı rola malikdir.
Budaq morfemlər sistemi dilin müəyyən inkişaf mər-
hələsində əmələ gəlmiş və get-gedə formalaşmışdır. 
Dünya dillərində budaq morfemlər öz təbiətinə və xa-
rakterinə, quruluşuna və söz tərkibində işlənmə yerinə 
görə çox müxtəlifdir. Budaq morfem kök morfemsiz dil-
də heç bir funksiya daşıya bilmir. Bunlar həm də kök 
morfemdən fərqli olaraq, ancaq qrammatik mənaya ma-
likdir. Müxtəlif dil materialları göstərir ki, budaq mor-
femlər söz kökü və ya əsasının əvvəlində, ortasında və 
sonunda işlənə bilir. Dilçilikdə söz kökünün sonunda 
işlənən budaq morfem postfiks, suffiks, söz kökünün 
və ya əsasının əvvəlində işlənən budaq morfemlər pris-

Yüklə 10,63 Mb.

Dostları ilə paylaş:
1   ...   228   229   230   231   232   233   234   235   ...   250




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin