Ü M U M İ D İ L Ç İ L İ K – I C İ L D
420
Dilin morfoloji sistemi qohum dillərin ilk ümumi
əla mət lərindən biri kimi özünü göstərir. Bunu türk dillə-
rinə də şamil etmək olur. Türk dillərinin morfoloji struk-
turunun müqayisəli tədqiqi bir daha bunu sübut edir. Bu
cür təd qiqatların aparılması dünya dillərinin morfoloji
sisteminin dərindən öyrənilməsinə
daha böyük kömək
göstərir.
5. DİLİN SİNTAKTİK SİSTEMİ
Dilin sintaktik sistemi söz birləşməsi və cümlə əsasın-
da formalaşır və inkişaf edir.
Söz birləşməsi – xüsusi sintaktik əlaqələrlə əmələ
gəlib dildə müəyyən sistem yaradır. Lakin dildə olan
hər cür söz birləşməsi sintaktik sistemə daxil deyildir.
Məsələn,
qulaq asmaq, gözdən düşmək, fikrə getmək, dəli kö
nül, ağ gün, qara gün və s. söz birləşmələrinin tərəfləri
sintaktik əlaqə əsasında deyil, məcazlaşma əlaqəsi əsa-
sında birləşmişdir. Buna görə də dildə olan bu cür bir-
ləşmələr sintaktik sistemə uyğun gəlmir. Sintaktik söz
birləşmələri tabelilik əlaqəsi əsasında yaranır. Dilçilikdə
söz birləşməsinin bu əsas əlaməti müxtəlif istiqamətlər-
də şərh olunur.
Dilçilikdə
sintaktik söz birləşmələrinin bitmiş və
bit
məmiş, (F.F.Fortunatov, A.A.Şaxmatov və s.)
predikativ və
qeyri-predikativ,
ismi və
feili növləri göstərilir. Bütün bu
təsniflər ondan irəli gəlir ki,
cümlə daxilində sözlər çox
mürəkkəb əlaqələrə girir. Bu əlaqələrsiz cümlə öz funk-
siyasını itirər və ancaq xaotik söz yığımından ibarət nitq
vasitəsinə çevrilə bilər. Deməli, dilin ünsiyyət vasitəsi ro-
lunu oynaması üçün birinci növbədə bitmiş bir fikri ifadə
Ü M U M İ D İ L Ç İ L İ K – I C İ L D
421
edən cümlə, belə bir nitq vahidinin mövcudluğu üçün isə
ilk növbədə sözlərin sintaktik birliyi zəruridir. Bu cür sin-
taktik söz birləşməsinin ən tipik növləri ismi və feili söz
birləşmələridir.
Cümlə sintaktik vahid kimi söz və söz birləşmələrin-
dən ibarət olur. Ayrı-ayrı sözlər və ya söz birləşmələri ilə
insan fikrini tam şəkildə ifadə edə bilməzdi. Bəlkə də ibti-
dai insanların yaşadığı dövrdə bu, mümkün olardı. Çünki
o dövrdə insanların təfəkkürü müasir insanın təfəkkürü
ilə müqayisəedilməz dərəcədə primitiv olmuşdur. İlk za-
manlar ibtidai insanlar hətta əl işarələri ilə bir-birini anlaya
bilmişlər. Müasir dövrdə insanın fərdi həyatı və insanlar-
arası münasibətlər o dərəcədə
mürəkkəb problemlər və
məsələlərlə doludur ki, bu prosesdə ancaq dilin kommuni-
kativ funksiyasını ən yüksək dərəcədə inkişaf etmiş sintak-
tik vahid olan cümlə yerinə yetirə bilir.
Uzun müddət dilçilər arasında cümlənin mahiyyəti,
əlamətləri, cümlə ilə söz birləşməsinin fərqi və s. məsələlər
barədə mübahisələr olmuşdur. Cümləyə müxtəlif baxış-
lar meydana çıxmışdır. Bu fikirlər içərisində cümlənin
hökm bildirməsi (F.İ.Buslayev, A.P.Potseluyevski və b.),
bitmiş bir fikir ifadə etməsi (N.K.Dmitriyev) və s. geniş
yayılmışdır.
Əslində, cümlə bitmiş bir fikri ifadə edən bütöv sintak-
tik vahiddir. Onun tərkibi isə sintaqmlardan – söz və söz
birləşmələrindən ibarətdir. Cümlənin əsas əlamətləri
into
nasiya, predikativlik, modallıq və s. keyfiyyətlərdən ibarətdir.
Dilin sintaktik sisteminin ümumi mənzərəsini aşağı-
dakı cədvəldən görmək olar:
Ü M U M İ D İ L Ç İ L İ K – I C İ L D
422
Dostları ilə paylaş: