423
1. DİLİN İNKİŞAF QANUNAUYĞUNLUQLARI
Müasir dilçiliyin ən başlıca məsələlərindən biri dilin
inkişafı problemidir. Dilin dəyişməsinin, onun inkişaf qa-
nunauyğunluqlarının öyrənilməsi, aydınlaşdırılması ilə
ayrı-ayrı dövrlərdə bir çox tədqiqatçılar məşğul olmuş və
bunun da nəticəsində müxtəlif mülahizələr, görüşlər mey-
dana çıxmışdır. İndi qəribə görünsə də, keçmişdə bəzən di-
lin dəyişməyən hadisə olduğu fikrini irəli sürmüşlər. Son-
ralar bu sahədə dərin elmi əsaslar üzrə aparılan tədqiqatlar
bu fikrin tamamilə yanlış olduğunu sübut etdi, çünki dil
öz təbiətinə görə tarixən dəyişən, cilalanan, inkişaf edən
ictimai hadisədir.
Dilin inkişafı nə deməkdir? Dilin inkişafı dilin tərkib
hissəsini təşkil edən səslərin, sözlərin, söz birləşmələrinin,
şəkilçilərin və qrammatik əlaqələrin, onun müxtəlif kom-
ponentlərinə məxsus ünsürlərin müntəzəm olaraq dəyiş-
məsi və zənginləşməsidir. Dilçilik elmində “dilin inkişafı”
termini də məhz bu anlayışı ifadə edir.
Dilin dəyişməsi və inkişafı onun təbii halı və başlıca
keyfiyyətidir. Dildə yenidənyaratma, yenidənqurma meyli
Dostları ilə paylaş: