Ü M U M İ D İ L Ç İ L İ K – I C İ L D
426
Məsələn,
sülhsevər, təbiətsevər, özünütənqid, özünümüəy
yənləşdirmə, beynəlxalq, insanabənzər, çoxişlənən, uzaqgörən,
nəfəsalma, nəfəsvermə, anadangəlmə, iynəyarpaq, həmişəcavan,
tozsoran, telekamera, kinoteatr, əlüzyuyan, üçbucaq, şüşəbənd,
topaldıqaç, vintburan və s.
b) Dildə mövcud olanın dəyişilməsi. Dil inkişaf etdik-
cə onun tərkibindəki vasitələrin bəzisi dəyişib yeni keyfiy-
yət kəsb edə bilir. Dillərdə onlarca söz vardır ki, vaxtı ilə
başqa məna bildirib, başqa məqsədlər üçün işlənilmişdir.
Həmin sözlər indi tamamilə yeni vəzifə daşıyır. Məsələn,
vaxtı ilə Azərbaycan dilinin leksikasında ancaq bir mə-
nada (yol yoldaşı) işlənən “yoldaş” sözü hazırda bir sıra
yeni məna kəsb etmişdir: 1) yoldaş (müraciət mənasında) –
“
Yoldaş, vaxtımızı alma, qısa və konkret danış”; 2) yoldaş
(rəsmiyyət mənasında) – “Şairlər ordusu səf-səf düzülsün.
Dostları ilə paylaş: