1. ÜMumi DİLÇİLİk I indd



Yüklə 10,63 Mb.
Pdf görüntüsü
səhifə28/250
tarix26.11.2023
ölçüsü10,63 Mb.
#135133
1   ...   24   25   26   27   28   29   30   31   ...   250
1. ÜMUMİ DİLÇİLİK I

Lüğətin metodu. Mahmud Kaşqarlı topladığı zəngin 
materialın təhlilində müqayisəli metoddan da istifadə et-
mişdir. Tədqiqatçılar onu, doğru olaraq, bu sahənin pione-
ri hesab edirlər
1
. Mahmud Kaşqarlının türk dillərinin öy-
1
Bax: Н.А.Баскаков. Тюркские языки, Москва, 1960, с. 6; А.Н.Кононов. Махмуд Кашкар-
ский и его «Дивану лугат ит-турк», «Советская тюркология», №1, 1972, c. 14.


Ü M U M İ D İ L Ç İ L İ K – I C İ L D
55
rənilməsində müqayisəli metodu tətbiq etməsi yalnız tür-
kologiya üçün deyil, ümumiyyətlə, dünya dilçiliyi tarixində 
xüsusi əhəmiyyətə malikdir. Əsərdə türk dillərinin həm 
fonetik sisteminə, həm lüğət tərkibinə, həm də qrammatik 
quruluşuna dair materiallar müqayisə edilmişdir
1
. Müqa-
yisə metodundan istifadə nəticəsində Mahmud Kaşqarlı 
türk dillərinə məxsus bir sıra əlamət və xüsusiyyətləri elmi 
əsasda meydana çıxara bilmişdir.
Lüğətin məzmunu. Mahmud Kaşqarlının lüğəti məz-
mununa görə olduqca zəngindir
2
. Burada linqvistik baxım-
dan aşağıdakı məsələlər diqqəti daha çox cəlb edir.
1. Türk dillərinin miqdarı və onların təsnifi məsələsi. 
Mahmud Kaşqarlı bütün türk dillərini elmi baxımdan müşa-
hidə etməyi, onlara dair ümumi və fərqli xüsusiyyətləri işıq-
landırmağı qarşıya məqsəd qoymuşdur. O, lüğətin əvvəlində 
müşahidə etdiyi türkdilli xalqlar və onların dilləri haqqında 
geniş məlumat verir. Mahmud Kaşqarlı türkdilli xalqların 
İtil (Volqa) çayı hövzəsindən Çinə qədər olan böyük ərazidə 
məskən saldığını göstərir. O deyir: “Əsl türklər 20 qəbilədən 
ibarətdir. Mən onları... sıra ilə Rum yaxınlığından Şərqə qə-
dər sadalayacağam”. Mahmud Kaşqarlı Becənək, Qıfcaq, Oğuz, 
Yemak, Başxurt, Basmıl, Qay, Yaboğu, Tatar, Qırğız, Çigil, Toxsı, 
Yağma, Uyğur, Cumul və s. əsas qəbilələri sadaladıqdan son-
ra qeyd edir ki, bunlar başlıca qəbilələrdir, kiçik qəbilələr
tayfalar daha çoxdur, onların miqdarını müəyyənləşdirmək 
olduqca çətindir. Mahmud Kaşqarlı türkdilli əsas qəbilələrin 
yaşadığı və yayıldığı yerlərə dair xəritə də tərtib etmişdir.
Mahmud Kaşqarlı bu əsərində türk dillərinin qohum ol­
duğunu göstərmişdir. O, türk dilləri arasındakı qohumluğu 
1
А.Демирчизаде. Сравнительный метод Махмуда Кашгари «Советская тюркология», 
№1, 1972.

A.N.Kononov yuxarıda adıçəkilən məqaləsində bu əsərin məzmununu altı yerə bölmüş və 
dördü haqqında ətraflı məlumat vermişdir.


Ü M U M İ D İ L Ç İ L İ K – I C İ L D
56
sübut etməklə bərabər, bunların bir-birinə olan münasibə-
tini də çox məharətlə aydınlaşdırmışdır.
Alim bir-biri ilə qohum olan türk dillərini müəyyən 
cəhətlərə görə təsnif etmişdir. O, türk dillərini ilk təs-
nif edən tədqiqatçıdır. A.N.Kononov yazır ki, Mahmud 
Kaşqarlı təsnifi dilin (nitqin) təmizliyi (düzgünlüyü), eləcə 
də fonetik və qrammatik əlamətinə əsaslanır
1
.
1. Dillərin saflığı əlamətinə görə təsnifi. Bu əlamətə görə 
Mahmud Kaşqarlı türk dillərini iki yerə bölür: a) saf dillər, 
b) saf olmayan dillər.
Mahmud Kaşqarlı “saf” və “saf olmayan” dil dedik-
də öz kökü etibarı ilə türk olan və türkləşən qəbilə və ya 
xalqı nəzərdə tutmuşdur. Mahmud Kaşqarlıya görə, türk 
dilindən başqa gizli dili olan qəbilələr əslən başqa xalqlar-
dan çevrilmişlər. “Saf türklər” adı altında o, ikinci gizli dili 
olmayan türk qəbilələrini nəzərdə tutmuşdur. Belə saf və 
düzgün dilə o, oğuz, qıpçaq, peçeneq, toxsi, yağma, bas-
mal, yabaku, çarun, başqurd dillərini daxil etmişdir. Saf 
olmayan türklər qrupuna isə tatar, xiçay, qabğaç dillərini 
daxil etmişdir.
2. Dillərin fonetik və morfoloji əlamətlərinə görə təsnifi. 
M.Kaşqarlı bu əlamətləri nəzərə alaraq türk dillərini iki 
qrupa bölmüşdür: a) şərq qrupu dilləri – yağma, toxsi;
b) qərb qrupu dilləri – oğuz, qıpçaq, beçənək...
2

Yüklə 10,63 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   250




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin