Ü M U M İ D İ L Ç İ L İ K – I C İ L D
58
də az yer verilmir. Burada, əsasən, türk dillərinin morfolo-
ji əlamətləri ətraflı surətdə izah olunur. Mahmud Kaşqarlı
müəyyən etmişdir ki, söz kökünün dəyişməməsi türk dil-
ləri üçün xarakterik cəhətdir. O bu dillərdə qrammatik for-
manın şəkilçi artırılması yolu ilə düzəldiyini göstərmişdir.
Mahmud Kaşqarlı aqlütinativ dillərə aid əlamətləri türk dil-
ləri materialları əsasında ətraflı şərh etmişdir.
Mahmud Kaşqarlının
“Türk dillərinin lüğəti” əsəri
dilçilik elminin tarixində xüsusi
əhəmiyyətə malik oldu-
ğu kimi, başqa bir sıra elm sahələri üçün də çox qiymətli
mənbədir. Burada XI əsrə aid tarix, coğrafiya, etnoqrafiya
elmlərinə, klassik poeziya və folklora dair elmi əhəmiyyət
kəsb edən maraqlı məlumatlar az deyildir.
Ümumiyyətlə, görkəmli filoloq Mahmud Kaşqarlının
yaradıcılığı türkologiyanın və eləcə də dilçilik elminin in-
kişafı tarixində əvəzsiz mövqeyə malikdir.
Çox təəssüflə
qeyd etməliyik ki, Şərqin bu böyük aliminin nə vaxt və ha-
rada vəfat etdiyi indiyə kimi elm aləminə məlum deyildir.
XIII əsrdə Şərq alimlərindən misirli
İbn Mənsur (1232–
1311)
“Ərəb dili” adı ilə məşhur olan irihəcmli lüğət hazır-
lamışdır.
XIV əsrdə şirazlı fars
Firuzabadi (1329–1414) “Qa-
mus”
1
adında lüğət tərtib etmişdir. Bu lüğət elm aləmində
böyük şöhrət qazanmışdır.
Ərəb alimləri dilçilik sahəsində
bir çox nailiyyətlər
əldə etmişlər. Onlar yunanlara nisbətən fonetika məsələlə-
rini
daha dəqiq işləmiş, lüğətlərin
müxtəlif növlərini ya-
ratmış, səslə hərfi bir-birindən
dəqiq fərqləndirmiş, söz
kökünə aid anlayışı düzgün müəyyən etmişlər və s. Ümu-
miyyətlə, ərəb dilçiliyi dil haqqında elmin inkişaf tarixində
çox maraqlı və mənalı bir dövr təşkil edir.
1
Qamus – okean deməkdir.
Ü M U M İ D İ L Ç İ L İ K – I C İ L D
59
Şərq filoloqları Qərbi Avropa dilçiliyinin inkişafına
böyük təsir etmişlər. Bu məsələdə şərhçi və tərcüməçilə-
rin də fəaliyyəti az olmamışdır. Tərcüməçilər Avropa elm
aləminə Şərq ənənələrini keçirməkdə böyük qüvvə idilər.
Onlar müxtəlif məzmunlu bir çox materialları Qərbi Avro-
panın universal elm dili olan latın dilinə çevirmişlər.
Dostları ilə paylaş: