Qərbdə dilçilik
Orta əsrlərdə Qərb aləmində elm sahəsində böyük dur-
ğunluq baş vermişdir. Bu dövrdə elmin inkişafına din və
dini hökmranlıq mane olurdu. Orta əsrlər dövrünün Avro-
pa elmi müstəqilliyini itirərək kilsənin nökəri vəzifəsini ifa
edirdi. Elm dinin qoyduğu sərhədin hüdudlarından bir ad-
dım belə kənara çıxa bilmirdi. Bundan əlavə, dini çərçivədə
boğulan Avropa elmində daxili ziddiyyətlər də az deyildi.
Feodalizm dövründə (orta əsrlərdə) katolik kilsəsinin
gücü və təsiri çoxalmışdı. V–XV əsrlərdə kilsə feodalizmin
dayağı hesab olunurdu. Bu əsrlərdə elmlə yanaşı, mədə-
niyyət də kilsənin zərbəsi altında olub, son dərəcə ağır qə-
dəmlər atırdı.
Orta əsrlər Avropa elminin fəlsəfi əsasını Aristotelin tə-
limi təşkil edirdi. Lakin onun təlimi təhrif olunur, ilahiyya-
ta xidmət vasitəsinə çevrilirdi. Feodalizm dövrünün X–XIII
əsr lərində Qərbi Avropa fəlsəfəsində sxolastika hökm sü-
rürdü. Sxolastikaya görə bütün biliklər müqəddəs yazılarda
əks olunmuşdu. Sxolastikanın məqsədi kilsə ideologiyasını
müdafiə etmək idi. Məhz buna görə də o, mütərəqqi fikirlə-
ri dolaşdırır, onun hərarətini söndürür, inkişafının qarşısını
alır və hər şeyi dini mövqedən şərh edirdi.
Orta əsrlərdə Avropada başqa sahələrdə olduğu kimi,
dilçiliyin inkişafında da xüsusi durğunluq hökm sürmüş-
dür. Bu dövrdə ancaq latın dili öyrənilirdi. Latın dili orta
əsrlərdə elm dili, kilsə dili idi. Bu dilin öyrənilməsində sxo-
Ü M U M İ D İ L Ç İ L İ K – I C İ L D
60
lastikaya əsaslanılırdı. Mexaniki olaraq latın dilinin xüsu-
siyyətləri başqa dillərin üzərinə köçürülürdü. Buna görə
də ayrı-ayrı dillər öz müstəqilliyindən istər-istəməz uzaq-
laşırdı. Latın dilinin xüsusiyyətlərinə uyğun gəlməyən
milli dil cəhətləri isə əhəmiyyətsiz əlamət kimi yavaş-ya-
vaş unudulurdu ki, bu, həmin dillərin varlığına öz mənfi
təsirini göstərirdi.
Qərbdə orta əsrlər dilçiliyinin mərkəzi universitet-
lər idi. Məlumdur ki, XI-XII əsrlərdən başlayaraq Avropa
ölkələri arasında iqtisadi əlaqələr get-gedə çoxalırdı. Bu
əlaqələr hər bir sahədə dərin bilik tələb edirdi. Buna görə
də bir sıra ölkələrdə universitetlər yaranırdı. XI əsrdə İta-
liyadakı Salernoda, XII əsrdə Parisdə (1110), Oksfordda
(1167), XIII əsrdə Kembricdə (1209), XIV əsrdə Praqada
(1386) universitet təşkil olunmuşdu. Universitetlərin tədris
planına katolik kilsəsi tərəfindən nəzarət edilirdi.
Ümumiyyətlə, katolik kilsəsi əsrlər boyu təhsilə rəh-
bərlik etmiş və onu öz monopoliyasında saxlamışdır.
Universitetlərdə bir sıra antik yazıların öyrənilməsinə
icazə verilirdi. Bu və ya başqa görkəmli yazıçının əsərlə-
rinə verilən kommentariya dilçilik işinin əsas forması idi.
Orta əsrlərdə xristianlığın yayılması ilə əlaqədar bir
sıra xalqların yazısı meydana çıxmışdı. Bununla əlaqədar
bəzi dillərin xüsusən qrammatik quruluşunu öyrənməyə
maraq göstərilmişdir. Lakin bütün bunlar dilçilik elminə
yeni fikirlər əlavə edə bilməmişdi.
Nəhayət, deməliyik ki, orta əsrlərdə dil haqqında el-
min lideri ərəb dilçiliyi olmuşdur. Bu dilçilik, yəni geniş
mənada Şərq dilçiliyi İntibah dövrünün proqressiv dilçilik
elmi üçün ən faydalı mənbələrdən birini təşkil etmişdir.
Ü M U M İ D İ L Ç İ L İ K – I C İ L D
61
Dostları ilə paylaş: |