Ü M U M İ D İ L Ç İ L İ K – I C İ L D
65
nin lüğəti meydana çıxmışdır. 1726–1739-cu illərdə ispan lüğəti,
1789–1794-cü illərdə isə rus dilinin lüğəti nəşr edilmişdir.
XVII–XVIII əsrlər dilçiliyinin inkişafında bu lüğətlərin xü-
susi əhəmiyyəti olmuşdur. Məlumdur ki, belə lüğətlərin yaran-
ması tarixdə həm elmi, həm də mədəni əhəmiyyət kəsb edir.
Çoxdilli kataloq lüğətlər. XVII–XVIII əsrlərdəki çox-
dilli lüğətlər faktik dil materiallarının kataloqu kimi təsəv-
vür olunurdu. Çoxdilli kataloq lüğətləri tərtib edilərkən,
adətən, iki-üç, bəzən daha artıq söz götürülür və onların
bir neçə yüz dildə qarşılığı (müqayisəsi) verilirdi. Buna
görə də onlar
kataloq lüğət adlanırdı.
Çoxdilli kataloq lüğətlər heç də gərəkli lüğət vəzifəsini
yerinə yetirə bilmirdi. Bu tipli lüğətin ilk nümunəsi Peter-
burqda meydana çıxmışdır. Rus səyyahı
Pyotr Simon Pal-
Dostları ilə paylaş: