Ü M U M İ D İ L Ç İ L İ K – I C İ L D
66
nəticəsində Avropanın bir sıra milli dillərinin, o cümlədən
ingilis, fransız, alman, ispan, macar, çex, polyak və s. dillə-
rin qrammatikaları meydana çıxmışdır. XVI–XVIII əsrlərdə
yaradılmış qrammatikalar xarakterinə görə iki tipə bölünür:
a)
normativ qrammatika, b) ümumi rasional qrammatika.
a) Normativ qrammatikalar. İntibah dövründə milli
dillərin normativ qrammatikalarının tərtibi və nəşri xüsusi
əhəmiyyət kəsb edirdi. Yazılı ədəbi
dillər inkişaf etdikcə
onların normativ qrammatikalarının yaradılmasına xüsu-
si ehtiyac hiss olunurdu. Belə bir ehtiyac və tələbin nəti-
cəsi olaraq 1562-ci ildə fransız dilinin, 1653-cü ildə ingilis
dilinin normativ qrammatikası tərtib edilmişdir. 1755-ci
ildə M.V.Lomonosov rus dilinin qrammatikasını yazmış-
dır.
M.V.Lomonosovun (1711–1765)
“Rusiya qrammatikası”
adlı məşhur əsəri yeni tipli, yəni təsviri normativ – üslubi
qrammatika idi
1
. Bu orijinal qrammatika rus dilçiliyinin ta-
rixində xüsusi əhəmiyyətə malikdir.
Dostları ilə paylaş: