1. ÜMumi DİLÇİLİk I indd



Yüklə 10,63 Mb.
Pdf görüntüsü
səhifə38/250
tarix26.11.2023
ölçüsü10,63 Mb.
#135133
1   ...   34   35   36   37   38   39   40   41   ...   250
1. ÜMUMİ DİLÇİLİK I

9) Sanskritlə tanışlıq. Bu dövrdəki ən mühüm dilçilik 
hadisələrindən birini də sanskrit
2
dili ilə tanışlıq təşkil edir. 
Sanskrit haqqında Avropaya ilk məlumat XVI əsrdə İtaliya 
taciri Filippo Sasseti tərəfindən gətirilmişdir. Sasseti beş il 
Hindistanda yaşamışdı. Bu illərdə (1583–1588) o, sanskrit 
dili ilə maraqlanmış və vətənə göndərdiyi məktublarının 
birində İtaliya dilindəki sözlərə qohum olan bir neçə sans-
krit sözü göstərmişdi.
Qədim hind dili ilə yaxından tanışlıq, həqiqi mənada, 
XVIII əsrin sonlarından başlanmışdır. Bu sahədə ingilis 
şərqşünası və hüquqşünası Vilyam Counzun (1746–1794) 
fəaliyyəti çox böyük olmuşdur.
Counz Hindistanda işləyərkən hind xalqlarının dillərini 
və mədəniyyətlərini tədqiq etmək üçün cəmiyyət yaratmış-
dı. Onun özü 1796-cı ildə həmin cəmiyyətdə el mi məruzə 
ilə çıxış etmişdir. Kəlkətədə oxunulmuş bu mə ruzədə müəl-
lif sanskritin yunan, latın, kelt, qot və qədim fars dilləri ilə 
əlaqəsini aydınlaşdırmışdır. Bu dövrdə hind-Avropa dilləri 
ailəsinin qədim qohumluğu haqqında fikir yürüdülmüşdür.
Vilyam Counz sanskriti hind-Avropa dilləri ailəsinə 
aid etmiş və bu dilin başqa dillərdən fərqlənən qəribə qu-
ruluşa malik olduğunu göstərmişdir
3
. Counzun hind-Av-
1
Т.А.Амирова, Б.А.Олховников, Ю.В.Рождественский. Очерки по истории лингвисти-
ки. M., 1975. c. 204-205.
2
Sanskrit qədim hindlilərin müqəddəs dini kitablarının dilidir.
3
Т.А.Амирова, Б.А.Олховников, Ю.В.Рождественский. Очерки по истории лингвисти-
ки. M., 1975. c. 262-263.


Ü M U M İ D İ L Ç İ L İ K – I C İ L D
69
ropa dillərinin qohumluğu ideyası sonralar bir sıra dilçilə-
rin fəaliyyətinə güclü təsir bağışlamışdır.
Avropa alimlərinin klassik hind filologiyası və xü-
susən sanskritlə tanışlığı dilçilik elminin inkişafı tarixində 
mühüm əhəmiyyət kəsb etmişdir. Sanskrit hind-Avropa 
dil quruluşuna malik olan fonetik vahidlərin samit səslə-
rin və morfoloji hadisələrin, formaların arxaik sistemini 
özündə mühafizə edib saxlamış qədim dildir. Buna görə 
də sanskritə nəzər yetirdikdə ulu hind-Avropa dilinin
1
və-
ziyyətini aydın təsəvvürə gətirmək olur. Bu cəhəti nəzərə 
alaraq alimlər sanskriti Avropa dilləri ilə müqayisə etmək 
ideyasını irəli sürmüşlər. Sanskritlə tanışlıq hind-Avropa 
dillərinin müqayisəli qrammatikalarının yaradılmasına 
yol açmışdır.
Hind-Avropa dillərinin quruluşu haqqında təsəvvür ya-
radan sanskrit dilinin XIX əsrdə geniş və müqayisəli tədqiqi 
isə yeni dövrdə dilçilik elminin ən mühüm nailiyyəti oldu.

Yüklə 10,63 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   250




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin