Ü M U M İ D İ L Ç İ L İ K – I C İ L D
92
çilərdən (məntiqizm cərəyanına aid dilçilərdən) sintaktik
kateqoriyaları məntiqi kateqoriyalarla eyniləşdirməkdə
fərqlənirdi
1
.
F.İ.Buslayev
“Vətən dilinin tədrisi haqqında” (1844),
“Rus
dilinin tarixi qrammatikası təcrübəsi” (1858) adlı əsərlərində
dilçiliyin bir sıra mühüm məsələlərinə toxunmuşdur.
Dilçilikdə məntiqizm cərəyanı dünyanın bir sıra öl kə-
lərinə yayılmışdır. Bu cərəyanın XX əsr dilçiliyində də tə-
rəf darları olmuşdur. Lakin XX əsrdə məntiqizm cərəyanı,
əv vəlkindən fərqli olaraq, inkişaf edib müəyyən dərəcədə
dəyişmişdir
2
.
Dilçilikdə psixologizm cərəyanı
XIX əsrin ortalarında dilçiliyə dair geniş yayılmış elmi
cərəyanlardan biri də
psixologizm adlanırdı. Psixologizm
cərəyanı dilə fərdi-psixoloji baxışın
dilçilik elminə nüfuz
etməsi nəticəsində meydana çıxmış, naturalizm və mən-
tiqizm cərəyanlarına qarşı mübarizə aparmışdır.
Dilçilikdə psixologizmin əsasını
alman filosofu və
psixoloqu
İohann Fridrix Herbartın (Yohann Friedrich
Aerbart, 1776-1841) psixoloji təlimi təşkil edirdi.
Dilçilikdə psixologizm cərəyanının tərəfdarları dil
haqqında elmi psixologiya əsasında qurmağı
tələb edir-
dilər. Buna görə də onlar öz əsərlərində dil hadisələrini
psixologiya mövqeyindən, psixoloji anlayışlarla aydınlaş-
dırmağa çalışırdılar.
Eyni zamanda, onlar fərdin rolunu
üstün tutaraq ümumxalq dili anlayışından imtina edirdilər
ki, burada da, hər şeydən əvvəl, dilin ictimai əsası inkar
olunurdu
3
.
1
Bax: Хрестоматия по истории русского языкознания. M., 1973, c. 100.
2
В.И.Кодухов. Общее языкознание. M., 1974, c. 41.
3
Общее языкознание. M., 1970, c. 428.
Ü M U M İ D İ L Ç İ L İ K – I C İ L D
93
Psixologizm cərəyanı tərəfdarlarının
fikrincə, dilçilik
elmi fərdi nitq aktını öyrənməlidir. Burada dil təhlilinin əsa-
sını psixoloji proses üzərində
müşahidələr təşkil etməlidir
1
.
Dil hadisələrini psixoloji cəhətdən şərh etmək XIX əsrin
bir sıra görkəmli dilçilərinin yaradıcılığı üçün xarakterikdir
2
.
Həmin dilçilərdən Şteyntal
və Aleksandr Potebnya
psixologizm cərəyanının ən başlıca nümayəndələridir.
Dostları ilə paylaş: