1. ÜMumi DİLÇİLİk I indd


“Gənc qrammatiklər”in qüsurları



Yüklə 10,63 Mb.
Pdf görüntüsü
səhifə54/250
tarix26.11.2023
ölçüsü10,63 Mb.
#135133
1   ...   50   51   52   53   54   55   56   57   ...   250
1. ÜMUMİ DİLÇİLİK I

“Gənc qrammatiklər”in qüsurları. “Gənc qrammatik-
lər”in fəaliyyətində müsbət cəhətlərlə yanaşı, bir sıra çatışmaz-
lıqlar da var idi. Bunlar, əsasən, aşağıdakılardan ibarətdir:
1. “Gənc qrammatiklər”in ulu dil haqqındakı təsəvvür-
ləri dumanlı və qeyri-dəqiq şəkildə idi.
2. Onlar dildə mövcud olan vahidlərin, formaların sistem 
təşkil etdiyini görmürdülər; buna görə də dilin forma 
və kateqoriyalarını təcrid olunmuş şəkildə öyrənirdilər.
3. “Gənc qrammatiklər” dilin leksik sisteminin tədqiqinə 
xüsusi əhəmiyyət vermirdilər.
4. “Gənc qrammatiklər” sintaksisin tədqiqində sintaksi-
sin xüsusiyyətlərini nəzərə almırdılar; odur ki, onla-
rın fəaliyyətində morfoloji formalizm özünü qabarıq 
göstərirdi
1
.
Dilçiliyin inkişafında “gənc qrammatiklər” cərəyanı-
nın rolu. “Gənc qrammatiklər” cərəyanı XIX əsrin sonun-
da dilçiliyin qarşısında duran bir çox elmi problemləri həll 
etmiş və bununla da dil haqqında elmin inkişafına böyük 
təsir göstərmişlər. Bu cərəyanın nümayəndələrinin əsər-
lərində, başqa dövrlərdən fərqli olaraq, sözün semantik 
xüsusiyyətləri tədqiqat obyektinə çevrilmiş, dil yalnız fər-
1
Bax: Y.V.Loya. Göstərilən əsəri, səh. 106.


Ü M U M İ D İ L Ç İ L İ K – I C İ L D
98
di-psixoloji deyil, mədəni-tarixi hadisə kimi müəyyənləş-
dirilmiş, həmçinin dilçiliyin bir sıra elmi-tədqiqat metod-
ları da dəqiqləşdirilmişdir.
“Gənc qrammatiklər”in nailiyyətlərinə əsasən, dilçilə-
rin yeni-yeni nəsli yetişmişdi. Bu nəsil dilçilik elminin son-
rakı inkişafında xüsusi rol oynamışdır. Onlar dilçiliyin elə 
məsələlərinə toxunmuşlar ki, həmin problemlər bu gün də 
dilçiləri maraqlandırır və düşündürür. Buna görə də “gənc 
qrammatiklər”in linqvistik ənənələri bizim əsrimizdə də 
qiymətli və əhəmiyyətlidir.
XIX əsrdə “gənc qrammatiklər”in əhatə dairəsi ge-
niş, təsir gücü isə çox qüvvətli olmuşdur. Bunun təsirilə 
müx tə lif ölkələrdə, o cümlədən Rusiyada da elmi dilçilik 
məktəb ləri formalaşmışdır.

Yüklə 10,63 Mb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   250




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin