Ü M U M İ D İ L Ç İ L İ K – I C İ L D
107
Şuxardt zəngin elmi yaradıcılığa malik olmuşdur. O,
dilçiliyin müxtəlif məsələlərinə dair çoxlu əsərin müəllifi-
dir. Həmin əsərlərdə həm xüsusi roman dilçiliyi məsələlə-
ri, həm də bəzi ümumnəzəri problemlər işıqlandırılmışdır.
Ümumnəzəri məsələlərə dair mülahizələr Şuxardtı ümumi
dilçilik sahəsində ixtisasçı kimi məşhurlaşdırmışdır.
Şuxardt öz əsərlərində roman
dilçiliyi məsələlərinə
daha geniş yer vermişdir. Burada xüsusi olaraq semasio-
logiya və etimologiya məsələlərindən ətraflı bəhs olunur.
Semasioloji məsələlərlə məşğul olarkən Şuxardt dilin se-
mantik quruluşunun inkişaf qanunauyğunluqlarını açma-
ğı qarşıya məqsəd qoymuşdur. O, sözün mənasını hansı
səbəblərə görə dəyişdiyini və inkişaf etdiyini aydınlaşdır-
mağa ciddi çalışmışdır. Ümumiyyətlə, Şuxardtın bu sahə-
dəki tədqiqatları dilçilik elmində semasiologiya problem-
lərinin inkişafına xüsusi təsir etmişdir.
Şuxardtın etimologiya sahəsində apardığı
tədqiqatlar
da maraqlıdır. O,
“Etimologiya və sözlərin tarixinin tədqiqi” adlı
məqaləsində yazır ki, sözlərin tarixi öyrənilərkən onların an-
caq yaranma səbəblərini axtarmaq kifayət deyildir. Bununla
yanaşı, həmin sözlərin gələcək taleyi, dildə necə yayılması və
sair cəhətlərlə də maraqlanmaq lazımdır. Şuxardt apardığı
etimoloji axtarışların əsasında belə bir nəticəyə gəlmişdir ki,
dilçilikdə adlardan bəhs edən onomasiologiya adlanan sahə
ayrılmalıdır. O, bu fikri 1912-ci ildə yazdığı
“Sözlər və şeylər”
adlı məqaləsində daha qabarıq şəkildə ifadə etmişdir.
Şuxardtın
“Fonetik qanunlar haqqında” məqaləsi birba-
şa “gənc qrammatiklər”in tənqidinə həsr edilmişdir. Bura-
da fonem məsələsində “gənc qrammatiklər”in mülahizələ-
ri təhlil edilir.
Şuxardt çox güclü tənqidçi olmuşdur. O öz dövründə
dilçilik elminin inkişaf səviyyəsini ətraflı bilmiş və onun
qüsurlarını tənqid hədəfinə çevirmişdir. Şuxardt tənqid-
Ü M U M İ D İ L Ç İ L İ K – I C İ L D
108
lə bərabər, dilçilikdə yeni yollar axtarmış, dilin tədqiqinə
yeni formada yanaşmağı, yeni metodlardan istifadə etmə-
yi tələb etmişdir. O öz elmi və elmi-tənqidi yaradıcılığının
gücü ilə gənc tədqiqatçıları yeniliyə doğru istiqamətləndir-
məyə çalışmışdır. Buna görə də Şuxardt dilçilik tarixində
köhnənin
tənqidçisi, yeninin carçısı hesab olunur
1
.
Dostları ilə paylaş: