Ü M U M İ D İ L Ç İ L İ K – I C İ L D
119
Praqa strukturalizm məktəbi
(
Funksional dilçilik)
Praqa strukturalizm məktəbi Ferdinand de Sössürün
ideyası təsirində görkəmli çex dilçisi
Vilem Mateziusun
(1882–1945) elmi fəaliyyəti ilə bağlı yaranmışdır. V.Mate-
zius 1926-cı ildə “Praqa dilçilik dərnəyi”ni təşkil etmiş və
bununla da Praqa məktəbinin bünövrəsini qoymuşdur. Bu
dərnəyin ətrafında, əsasən, slavyan və german dilləri üzrə
ixtisasçı alimlər toplaşmışdılar.
Çex alimlərindən B.Qavranek, B.Tranka, V.Skaliçka,
Y.Vaxek, L.Novak və başqaları,
xaricdə işləyən rus dil-
çilərindən N.S.Trubetskoy, R.O.Yakobson, S.O.Kartsevski
“Praqa dilçilik dərnəyi”nin fəal nümayəndələri idilər.
Praqa dilçilik məktəbinin üzvləri öz tədqiqatları-
nı 1929-cu ildən 1939-cu ilə qədər
“Praqa dilçilik dərnəyi
nin əsərləri” adı ilə məcmuə şəklində çap etdirmişlər. Bu
məcmuə dünya dilçiliyinin inkişafında xüsusi əhəmiyyətə
malik olmuşdur. “Əsərlər”in I cildində Praqa dərnəyinin
tezisləri nəşr edilmişdir. Həmin tezislər Praqa dilçilik mək-
təbi üzvlərinin ümumi dilçiliyə dair görüşləri və eyni za-
manda bu məktəbin proqramı hesab olunurdu.
“Praqa dilçilik dərnəyi” tərəfindən 1935-ci
ildən
“Slovo a Slovesnost” adlı jurnal buraxılmışdır. Bu jurnal
və dərnək bir sıra ölkələrin dilçilərini özünə cəlb etmiş-
dir. İstər dərnəyin müzakirələrində, istərsə də jurnalın
səhifələrində keçmiş Sovet İttifaqı, ABŞ, Fransa, İngiltərə,
Hollandiya, Danimarka, Polşa və başqa ölkələrin dilçiləri
çıxış etmişlər.
Praqa dilçilik məktəbi proqramının əsasında sistem və
funksiya anlayışları durur. Praqalılar sistem anlayışını dil
vahidlərini təcrid olunmuş şəkildə götürən “gənc qram-
matiklər”in avtomizminə qarşı qoyurdular.
Onlar dildə
müəyyən kateqoriyalara aid sistemlər olduğunu, bunların
Ü M U M İ D İ L Ç İ L İ K – I C İ L D
120
bir-birindən asılı olduqlarını və nəhayət, bir-birini tamam-
ladıqlarını göstərirdilər.
Praqa məktəbinin dilçiləri öz konsepsiyalarında
funksiya anlayışına geniş yer verirdilər. Onlar linqvistik
təhlilə funksional baxımdan yanaşmağı lazım bilirdilər.
Dil hadisələrini vəzifələrinə görə təhlil etmək tərəfdarı
olan Praqa məktəbi funksional dilçilik adlandırılır və bu
aspekt də də xarakterizə olunur. Ümumiyyətlə, funksiona-
lizm Praqa dilçilik məktəbinin fərqləndirici əlamətidir.
Praqa dilçilik məktəbinin ən böyük xidməti fonologi-
ya sahəsindədir. Fonologiya məsələləri N.S.Trubetskoyun
1939-cu ildə çap etdirdiyi
“Fonologiyanın əsasları” adlı məş-
hur əsərində daha geniş şərh olunmuşdur. Trubetskoy
dillə nitqin fərqli olduğunu əsas götürərək, nitqin səsləri
haqqında təlimi
fonetika, dilin səsləri haqqında
təlimi isə
fonologiya adlandırmışlar. N.S.Trubetskoy öz əsərində təx-
minən 200 müxtəlif dilin fonoloji xarakteristikasını vermiş-
dir. N.S.Trubetskoy və digər dilçilər tədqiqat prosesində
səsin bütün xüsusiyyətlərini nəzərə almış və onun fərqlən-
dirici əlamətlərinə xüsusi nəzər yetirmişlər. “Fonologiya-
nın əsasları” adlı əsərdə Praqa dilçilərinin fonologiya sahə-
sində elmi fəaliyyətləri yekunlaşdırılmışdır.
Praqa məktəbinin üzvləri dilçiliyin bir çox məsələləri
ilə də məşğul olmuşlar. Qrammatika sahəsində təbliğatlar
aparılmış, dillərin tipologiyasına dair fikirlər söylənilmiş,
dil ittifaqı problemi irəli sürülmüşdür və s.
Dostları ilə paylaş: