130
III FƏSİL
DİLÇİLİYİN MÖVQEYİ
3.01. BAŞQA ELMLƏR SİSTEMİNDƏ
DİLÇİLİYİN YERİ PROBLEMİ
Problemin qoyuluşu. Məlumdur ki, hər bir elm üçün son
dərəcə vacib hesab edilən
fundamental problemlər möv-
cuddur. Bunlardan biri “elmin yeri” problemidir. Müasir
dilçiliyin gündəliyində də dil haqqında elmin mövqeyi
problemi ən aktual məsələlər cərgəsindədir. Belə ki, bir
sıra linqvistik məsələlərin əsaslı və düzgün həlli bu prob-
lemlə bilavasitə bağlıdır. Haqqında bəhs olunan problem
yalnız nəzəri cəhətdən deyil, həm də böyük əməli əhəmiy-
yətə malikdir. Dilçiliyin elmlər sistemində yerini bilmədən,
onun məqsəd və vəzifələrini müəyyənləşdirmədən filoloji
təhsil sistemində xüsusi rolu olan dilçilik fənlərini yüksək
elmi-nəzəri səviyyədə tədris etmək qeyri-mümkündür.
Dostları ilə paylaş: