Ü M U M İ D İ L Ç İ L İ K – I C İ L D
136
Bölgünün əsasını obyektin təbiət və cəmiyyətdəki ma-
hiyyəti təşkil edir. Lakin burada obyektin mahiyyətinin sub-
yektiv münasibət əsasında müəyyən edildiyi hiss olunur.
Məlumdur ki, biri üçün fundamental hesab edilən hər hansı
bir elm, başqasının fikrincə, qeyri-fundamental adlandırıla
bilər. Bizcə, heç bir mütəxəssis öz seçdiyi elm sahəsini qey-
ri-fundamental hesab etmək istəməz. Bütün elmlər cəmiy-
yəti maraqlandıran məsələlərə həsr edilir; heç bir elm sahəsi
elm xatirinə yaranmır. Elmlər vacib məsələlərin öyrənilməsi
əsasında meydana çıxır, fundamental əsərlər yaranır.
Dostları ilə paylaş: