1. ÜMumi DİLÇİLİk I indd



Yüklə 10,63 Mb.
Pdf görüntüsü
səhifə80/250
tarix26.11.2023
ölçüsü10,63 Mb.
#135133
1   ...   76   77   78   79   80   81   82   83   ...   250
1. ÜMUMİ DİLÇİLİK I

Karl Fossler (1872–1949) dil haqqında elmdə tarixiliyin 
da ha güclü olduğunu təsəvvür etmişdir. Bunun təsirində 
o, dilçiliyin tarix elmləri qrupuna məxsus olduğu fikrini 
söy ləmişdir. Dilçiliyi tarix elmləri cərgəsində hesab etmək 
doğ ru deyildir.
Hazırda dilçiliyi filologiyadan kənarda təsəvvür 
edənlər yenə də vardır. Lakin qətiyyətlə deməliyik ki, 
heç zaman belə mülahizələrə haqq qazandırmaq olmaz, 
çünki dilçilik məzmun və mahiyyətinə görə xalis filoloji 
elmdir.
Beləliklə, bütün deyilənləri ümumiləşdirərək aşağıda-
kı nəticəni çıxarmaq olar: dilçilik dünya elmlərinin ümumi 
təsnifi nəticələrinə görə ictimai emlərə, ictimai elmlər içəri-
sində isə filologiya elmləri sırasına daxildir.
1
Т.А.Амирова и др. Очерки по истории лингвистики. M., 1975.


Ü M U M İ D İ L Ç İ L İ K – I C İ L D
143
3.04. DİLÇİLİK MÜASİR ALƏMDƏ VƏ ONUN 
 
BAŞLICA VƏZİFƏLƏRİ
Yuxarıda qeyd edildiyi kimi, hər bir elmin xüsusi 
tədqiqat obyekti və metodları ilə yanaşı, onun müəyyən 
məqsədi də olur. Məqsəd elmin varlığını şərtləndirməkdə 
mühüm amildir. Dilçiliyin özünəməxsus məqsədi möv-
cuddur. Bu elmin məqsədi spesifi k təbiətli funksional-ic-
timai hadisə olan dili tədqiq və təsvir etməkdən ibarətdir.
Digər elmlərdəki kimi, dilçiliyin də inkişafının hər 
mərhələsində məqsəddən doğan və onunla bağlı zəruri 
vəzifələri olmuşdur. Hazırda intensiv inkişaf edən elmlər 
sırasında böyük nəzəri və tətbiqi əhəmiyyəti olan dilçilik 
elminin sahələri qarşısında bir çox həm ümumi və konkret, 
DÜNYA ELMLƏRİ
İctimai elmlər
İctimai-siyasi elmlər
İctimai-tarix elmləri
İctimai-ilahiyyat elmləri
İctimai-tərbiyə elmləri
Dilçilik elmi
İctimai-fi lologiya elmləri
Ədəbiyyatşünaslıq elmi

Yüklə 10,63 Mb.

Dostları ilə paylaş:
1   ...   76   77   78   79   80   81   82   83   ...   250




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin