SeçKİ HÜququ və onun hüquqi MÜdafiƏSİNƏ dair praktik vəSAİT


  İnzibati xəta protokolunun tərtib edilməsi barədə ərizə nümunəsi



Yüklə 2,33 Mb.
Pdf görüntüsü
səhifə43/53
tarix26.11.2023
ölçüsü2,33 Mb.
#135914
1   ...   39   40   41   42   43   44   45   46   ...   53
E3htp6gVWvwhqfeN3FHZ (2)

 


67 
İnzibati xəta protokolunun tərtib edilməsi barədə ərizə nümunəsi
 
 
Binəqədi Rayon Polis İdarəsinə 
Bələdiyyə seçkilərində M.Ə.Rəsulzadə bələdiyyəsinə namizədliyi 
qeydə alınmış Əhmədov Mehdi Nəbi oğlu tərəfindən 
Ünvan: Bakı ş, M.Ə. Rəsulzadə qəsəbəsi, Həsənzadə küçəsi, ev 1
Ərizə 
 
“___” ________ 20_ ci il tarixə təyin edilmiş Bələdiyyə 
seçkilərində M.Ə.Rəsulzadə bələdiyyəsinə namizədliyim qeydə 
alınmışdır. Seçki qanunvericiliyinə uyğun olaraq təbliğat-təşviqat 
kampaniyası çərçivəsində təşviqat materiallarım Binəqədi rayonu 
ərazisində MSK-nın müəyyən etdiyi lövhələrdə asılmışdır. 
Lakin mənim təşviqat plakatlarım və digər təşviqat materiallarım 
namizədi olduğum dairədən namizədliyi qeydə alınmış Hüseynov 
Hacı Mayıl oğlunu yaxın adamları və qohumları tərəfindən qəsdən 
məhv edilmiş, bu yolla təşviqat materiallarımın yayılmasına mane 
olunmuşdur. 
Bu hadisədən sonra mən şəxsən hadisə olan yerdə araşdırma 
aparmışam. Şahidlərin dedikləri və mənim həmin şəxslər barəsində 
şübhələrin inzibati xətanı törədənlərin şəxsiyyətini müəyyən etməyə 
imkan yaratdı. Tez bir zamanda mən həmin hadisəni törətmiş 
şəxslərin ünvanlarını öyrəndim və həmin şəxslərin namizəd 
Hüseynov Hacı Mayıl oğlunun təşviqatında iştirak edən şəxslər 
olduğunu müəyyən etdim. Mən onlara niyə belə hərəkət etdiklərini 
soruşduqda, onlar mənə bunu təşviqatında iştirak etdikləri namizədin 
xeyrinə qəsdən törətdiklərini və heç bir məsuliyyətdən 
çəkinmədiklərini bildirdilər.
Hesab edirəm ki, bu hərəkətlərlə mənim seçkiqabağı təşviqat 
hüquqlarım pozulmuşdur. 


68 
Törədilən əməl İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə 
nəzərdə tutulmuş məsuliyyət müəyyən etdiyindən hesab edirəm ki
namizəd Hüseynov Hacı Mayıl oğlunun təşviqat kampaniyasında 
iştirak edən həmin şəxslər barəsində inzibati icraata başlanmasına 
əsas vardır. 
Yuxarıda göstərilənləri nəzərə alaraq xahiş ediəm: 
“__” ________ 20_ ci il tarixdə törədilmiş inzibati xəta barəsində 
müvafiq qərar qəbul edib işi məhkəməyə göndərəsiniz. 
İmza: Əhmədov Mehdi Nəbi oğlu. 
 

“__” ________ 20_ ci il. 
Əlavə edilir: 
1. Korlanmış təşviqat materialının şəkli 
2. Təşviqat materialının korlanmasına dair şahidlərin izahatları 


69 

Yüklə 2,33 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin