Az ərbaycan Respublikasında telekommunikasiya V ə informasiya texnologiyalarının inkişafına dair Strateji Yol X



Yüklə 1,61 Mb.
Pdf görüntüsü
səhifə11/62
tarix26.11.2023
ölçüsü1,61 Mb.
#136506
1   ...   7   8   9   10   11   12   13   14   ...   62
Telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair strateji yol xəritəsi

Uzunmüdd
ətli baxışın şərhi
Bu h
ədəfin tərkib hissəsi kimi, Azərbaycanda 2025-ci ilədək güclü 
infrastruktur
un qurulması ilə bağlı mexanizmlərin tətbiqi dəstəklənəcəkdir. Fiber-optik 
şəbəkə infrastrukturunun artıq ölkə miqyasında tətbiq edildiyi Azərbaycanda daha 
geniş əhali kütləsinin sürətli genişzolaqlı şəbəkəyə çıxışının təmin edilməsi ilə bağlı 
t
ədbirlər davam etdiriləcəkdir. Həm ümumi infrastruktur səviyyəsində, həm də “son 
mil” səviyyəsində fiber-optik şəbəkəyə investisiya qoyuluşları davamlı şəkildə 
artırılacaqdır. Bu yolla ölkə əhalisinin sıx məskunlaşdığı bölgələrdə mənzilədək optika 
formatlı (FTT-X) genişzolaqlı xidmətlərin təminatı, eləcə də qəsəbələrdə və əhalinin 
m
əskunlaşma sıxlığının az olduğu bölgələrdə xidmətlərin əhatə dairəsi 
genişlənəcəkdir.
Sabit genişzolaqlı şəbəkəyə çıxışda olduğu kimi, əhalinin mobil genişzolaqlı 
şəbəkəyə çıxışı da asanlaşacaq, həm şəhər mərkəzlərində, həm də uzaq bölgələrdə 
sür
ətli mobil xidmətlərə çıxış təmin ediləcəkdir. Simsiz rabitə şirkətlərinə mobil 
genişzolaqlı şəbəkə texnologiyaları üçün daha iri əhatə dairəsinə malik aşağızolaqlı 
spektrin (m
əsələn, 700 və 800 MHs tezlikli zolaqlar) ayrılması nəzərdən keçiriləcəkdir. 
Bu zaman spektrin m
əhdud resurs olmasını nəzərə alaraq, simsiz rabitə şirkətlərinin 
mövcud spektrd
ən daha səmərəli istifadəsi təmin ediləcəkdir. Lisenziya şərtləri 
ç
ərçivəsində bu cür simsiz rabitə şirkətlərinin, başqa operatorlara məxsus tezlik 
spektrl
ərinə müdaxilə hallarına yol vermədən, mövcud spektrlərdən istifadəsinin 
optimallaşdırılması ilə bağlı mexanizmlər stimullaşdırılacaqdır. Hökumətin 
texnologiyasız spektr bölgüsü də şirkətlərin bu təşəbbüslərini asanlaşdıracaqdır.
Yerli s
əviyyədə keyfiyyətin və əhatə dairəsinin genişləndirilməsi baxımından 
infrastrukturla bağlı görülən təkmilləşdirmə tədbirlərindən əlavə, Azərbaycan 2025-ci 
il
ədək daha güclü beynəlxalq rabitə əlaqəsinə - daha çox beynəlxalq rabitə 
operatorunun n
əzarətində olan daha geniş beynəlxalq şlüzə malik olacaqdır. Bu yolla 


17 
qoşulmada kəsinti riski olmadan ölkənin beynəlxalq rabitə əlaqəsinin keyfiyyəti və 
dayanıqlılığı təmin edilmiş olacaqdır. 
Az
ərbaycanda İKT infrastrukturu üzrə təklif edilən texnoloji xidmətlərin 
miqyasının 2025-ci ilədək genişləndirilməsi planlaşdırılır. Bu məqsədlə, “ASAN 
xidm
ət” mərkəzlərinin elektron imza potensialından istifadə etməklə, bu xidmətin digər 
sah
ələrə tətbiqi təmin ediləcəkdir.
Maliyy
ə xidmətləri sahəsində qanunvericilik və normativ tələblərin qabaqcıl 
beyn
əlxalq təcrübələrə uyğunlaşdırılması ilə bağlı tədbirlər görüləcək, nəticədə 
elektron öd
əniş sistemləri və mobil bankçılığın inkişafı daha da sürətlənəcək, bu 
xidm
ətlərdən daha geniş istifadəyə şərait yaranacaqdır. Qeyd olunanlara bank 
sektorunun inkişafını dəstəkləyəcək sürətli və təmassız ödəniş infrastrukturunun 
davamlı inkişaf etdirilməsi də daxildir.
Göst
ərilənlərlə yanaşı, 2025-ci ilədək olan dövrdə Azərbaycanda sənəd 
dövriyy
əsi və inzibati proseslərin böyük bir qismi (məsələn, dövlət sənədləri, dövlət 
xidm
ətlərinin göstərilməsi) elektron qaydada həyata keçiriləcək və nəticədə bu cür 
əməliyyatların avtomatlaşdırılması və səmərəliliyi təmin edilməklə, ölkədə əlverişli 
biznes mühiti daha da yaxşılaşacaqdır. 
T
əklif edilən texnoloji xidmətlərin səviyyəsinin ümumən yüksəldilməsi ilə 
yanaşı, elektron səhiyyə xidmətlərinə diqqət artırılacaq, bu xidmətlərin həm əhatə 
dair
əsi, həm də tətbiqi genişləndiriləcəkdir. Bu sahədə fəaliyyətlər dəyər zəncirinin 
bütün iştirakçılarını əhatə etməklə, əməliyyatların keyfiyyətini və sürətini 
yaxşılaşdıracaqdır. Lazımsız və təkrar müayinə və müalicə hallarını aradan qaldırmaq 
m
əqsədilə pasiyentlərin xəstəlik vərəqələrinin hazırlanması və bu vərəqələrin tibb 

əssisələri arasında mübadiləsi təmin ediləcəkdir. Bu cür texnologiyaəsaslı səhiyyə 
infrastrukturunun yaradılması nəticəsində Azərbaycanın rəqəmsallaşdırılmış səhiyyə 
xidm
ətləri sürətlə qabaqcıl regional təcrübəyə çevriləcəkdir.
N
əzərdə tutulan bu texnologiyaəsaslı inkişaf prosesində Azərbaycanda 
sektorlar üzr
ə standartlar təkmilləşdiriləcək və dövlətin daha çox əlaqələndirici 
funksiyası 
saxlanılmaqla, 
telekommunikasiya 
sənayesinə 
böyük 
h
əcmdə 
investisiyaların cəlb edilməsinə şərait yaradılacaqdır. Bu dövrə qədər ölkənin 
telekommunikasiya sektorunda r
əqabət mühiti, ictimai iştirakçılıq səviyyəsi daha da 
artırılacaq və bu məqsədlər təkmilləşdirilmiş normativ-hüquqi baza ilə 
d
əstəklənəcəkdir. Əsas sektorlara məlumat xidmətlərinin inteqrasiyasının artırılması 
v
ə optimallaşdırılmış əməliyyatlar üçün əlverişli mühitin yaradılması həm yerli, həm də 
xarici investorların Azərbaycana marağını artıracaqdır.
Az
ərbaycanda bu inkişaf prosesinin 2025-ci ildən sonrakı dövrdə də davam 
etdirilm
əsi planlaşdırılır. Uzunmüddətli perspektivdə rəqəmsal iqtisadiyyatla bağlı 
h
ədəf baxışın icrasını təmin etmək məqsədilə innovasiyayönümlü texnoloji savadlılıq 
s
əviyyəsi yüksəldiləcək, peşə təhsili müəssisələrində və universitetlərdə istedadlı 
t
ələbələrin hazırlanmasına xüsusi diqqət yetiriləcəkdir. Texnoloji savadlılığın 
artırılması və innovativ düşüncə tərzinin inkişaf etdirilməsi məqsədilə universitetlərin 
v
ə müvafiq peşə məktəblərinin tədris proqramlarına proqramlaşdırmaya dair dərslər 
daxil edil
əcəkdir. 
İnformasiya cəmiyyətinin yaranması əlavə innovasiyalı hədəflər müəyyən 
ed
əcəkdir. Startapların və innovasiyalı müəssisələrin inkişafını stimullaşdırmaq 
m
əqsədilə klasterlərin və yüksək texnologiyalar parklarının yaradılması nəzərdən 
keçiril
əcəkdir. Bu işdə dövlətin və digər maraqlı tərəflərin müvafiq investisiya 
qoyuluşları əsas dəstəkverici qüvvə rolunu oynayacaqdır. Belə parklara və innovasiya 
m
ərkəzlərinə innovasiyaya təkan verən startapları daha çox cəlb etmək üçün onların 
daha geniş əhatə dairəsində (bölgələrdə) tətbiqi reallaşdırılacaqdır. Bu yanaşma 
h
əmin parklarda olan müəssisələrin Azərbaycanın rəqəmsal iqtisadiyyata keçidi üçün 
əsas hərəkətverici qüvvə olmasına şərait yaradacaqdır. Həmçinin müvafiq planların 


18 
t
ətbiqi vasitəsilə informasiya cəmiyyəti elektron xidmətlərdən daha çox istifadəyə 
stimullaşdırılacaq və təlimatlandırılacaqdır. Beləliklə, texnoloji savadlılıq, yüksək 
texnologiya vasit
ələrinin tətbiqində artım və keyfiyyətli genişzolaqlı şəbəkəyə çıxış 
n
əticəsində ümumi biznes mühitinin inkişafına nail olunacaqdır. 

Yüklə 1,61 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin