Az ərbaycan Respublikasında telekommunikasiya V ə informasiya texnologiyalarının inkişafına dair Strateji Yol X



Yüklə 1,61 Mb.
Pdf görüntüsü
səhifə24/62
tarix26.11.2023
ölçüsü1,61 Mb.
#136506
1   ...   20   21   22   23   24   25   26   27   ...   62
Telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair strateji yol xəritəsi

T
ədbir 1.2.3:
 
Beyn
əlxalq şlüzlərə qoşulmanın təmin edilməsi və tələbata 
uyğun beynəlxalq kanalların sürətinin artırılması
Telekommunikasiya bazarının inkişafı istiqamətində atılacaq növbəti addım 
beyn
əlxalq şlüzlərin rəqabət üçün açılmasından ibarət olacaqdır. Bu tədbirin həyata 
keçirilm
əsi provayderlərə vasitəçilərin iştirakı olmadan beynəlxalq xətləri 
lisenziyalaşdırmağa imkan verəcəkdir. Tənzimləyici qurum birbaşa və dolayı çıxış 
üçün lisenziyaların verilməsi mexanizmini işləyib hazırlayacaqdır. Bazarda beynəlxalq 
şlüzlərə qoşulan ən azı üç milli provayderin iştirakı üçün əlverişli şəraitin yaradılması, 
mövcud v
ə yeni təşkil olunan magistral kanalların alternativliyi təmin ediləcəkdir. 
Mövcud v
ə yeni yaranan beynəlxalq operatorların beynəlxalq şlüzə qoşulmasında baş 
ver
ə biləcək təbii, texniki, iqtisadi və siyasi risklər nəzərə alınaraq, bir mərkəzdən 
asılılığı azaltmaq üçün tədbirlər nəzərdən keçiriləcəkdir. 
T
ədbir 1.2.4: Genişzolaqlı şəbəkənin tətbiqinin artırılması üçün digər 
üsulların nəzərdən keçirilməsi
T
ənzimləyici qurum bu prioritetin məqsədlərinə nail olmaq üçün mümkün olan 
dig
ər üsulları da nəzərdən keçirəcəkdir. Bunlara beynəlxalq təcrübədə geniş rast 
g
əlinən FTT-X layihəsinin həyata keçirilməsi, simsiz mobil şəbəkə şirkətləri ilə 
t
ərəfdaşlıq, layihələrin idarə edilməsi üzrə struktur islahatları, yüksəkgəlirli sahələr 
üzr
ə 
infrastrukturun 
yaradılmasına 
investisiyaların 
cəlb 
edilm
əsinin 
prioritetl
əşdirilməsi və s. aid ola bilər. 
T
ədbir 1.2.5: Tranzit trafik xəttinin yaradılması
Tranzit trafikin h
əcminin artırılması və beynəlxalq şlüzlərə çıxışın 
s
əmərəliliyinin yüksəldilməsi üçün “Trans-Avrasiya Super İnformasiya Magistralı” 
(TASİM) layihəsi üzrə fiber-optik internet xəttinin Xəzər dənizinə düşən hissəsinin 
ç
əkilməsi istiqamətində texniki-iqtisadi əsaslandırma həyata keçiriləcək və təhlilin 
n
əticələrindən asılı olaraq müvafiq addımlar atılacaqdır. 

Yüklə 1,61 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin