Az ərbaycan Respublikasında telekommunikasiya V ə informasiya texnologiyalarının inkişafına dair Strateji Yol X


T ədbir 2.3.3: İKT sektorunun rəqabətədavamlılığını təmin edən



Yüklə 1,61 Mb.
Pdf görüntüsü
səhifə40/62
tarix26.11.2023
ölçüsü1,61 Mb.
#136506
1   ...   36   37   38   39   40   41   42   43   ...   62
Telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair strateji yol xəritəsi

T
ədbir 2.3.3: İKT sektorunun rəqabətədavamlılığını təmin edən 
m
əhsulların istehsalı və xidmətlərin göstərilməsi üzrə kadr hazırlığının 
gücl
əndirilməsi 
R
əqəmsal texnologiyaların tədrisində müəyyən edilən çatışmazlıqların aradan 
qaldırılması və onların biznes mühitinin tələblərinə uyğunlaşdırılması məqsədilə TTQ 
t
ərəfindən ekspertlərin iştirakı ilə təhsil proqramlarına dəyişikliklər edilməsinə və yeni 
kuri
kulumların hazırlanmasına dair təkliflər irəli sürüləcəkdir. Növbəti addım olaraq, 
seçilmiş tədris mərkəzləri, peşə təhsili müəssisələri, kolleclər və ya universitetlərdə 
texnologiya bilikl
ərinə malik olan peşəkar təlimçilərin iştirakı ilə pilot proqramlar həyata 
keçiril
əcəkdir. Bu proqramların effektivliyinə tələbələrin rəylərinin öyrənilməsi yolu ilə 
davamlı olaraq nəzarət ediləcəkdir.
TTQ t
ərəfindən həyata keçiriləcək növbəti tədbir təhsil müəssisələrində 
kadrların ixtisaslılığının təmin edilməsindən ibarət olacaqdır. Bu məqsədlə, İKT 
ixtisasları üzrə tədris kafedralarının texniki bazasının gücləndirilməsi, elektron tədris 
resurslarının inkişaf etdirilməsi, tələbə və müəllimlərin dünyanın aparıcı elm və təhsil 
resurslarına çıxışının təmin olunması istiqamətində zəruri tədbirlər görüləcək, 
beyn
əlxalq sertifikata malik İT mütəxəssislərinin hazırlanmasına dəstək veriləcəkdir. 
Eyni zamanda, Az
ərbaycandakı ali təhsil müəssisələrində İKT sahəsində fəaliyyət 
göst
ərən tanınmış xarici və yerli ali təhsil müəssisələrinin tədris-təcrübə 
laboratoriyalarının yaradılması, tələbələrin sahə üzrə aparıcı şirkət və müəssisələrdə 
t
əcrübə keçməsi imkanlarının genişləndirilməsi, habelə İKT-nin prioritet istiqamətləri 
üzr
ə aparıcı xarici təhsil müəssisələrində kadrların hazırlanması işlərinin davam 
etdirilm
əsi məqsədilə zəruri tədbirlər həyata keçiriləcəkdir.

Yüklə 1,61 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin