TəLİm və TƏRBİYƏ prosesiNİn həyata keçİRİLMƏSİ Layihə Avropa İttifaqı tərəfindən maliyyələşdirilir



Yüklə 2,27 Mb.
Pdf görüntüsü
səhifə102/153
tarix01.12.2023
ölçüsü2,27 Mb.
#136960
1   ...   98   99   100   101   102   103   104   105   ...   153
2.Telim Ve Terbiye Prosesinin Heyata Kechirilmesi

Tərifləmə 
-
rəğbətləndirmənin ən yüngül vasitəsidir. Şagirdi həm təklikdə, həm də 
kollektiv qarşısında tərifləyirlər. İstər təklikdə, istərsə də kollektiv qarşısında təriflənən 
şagird öz qüvvəsinə inanır, tapşırılan işi həvəslə icra etməyə çalışır.
Təşəkkür 
-
təriflənməyə nisbətən daha təsirli vasitədir. Təşəkkür həm şifahi, həm də 
yazılı şəkildə verilir, Təşəkkür adətən daha gərgin əmək prosesində əldə edilmiş nailiyyətə 
görə verilir. Təşəkkürün kollektiv qarşısında elan edilməsi onun tərbiyəvi təsirini xeyli artı
-
rır.
Mükafat 
-
şagird hər hansı bir tapşırığı səmərəli, keyfiyyətlə icra etdikdə verilir. 


Modulun adı: Təlim və tərbiyə prosesinin həyata keçirilməsi 
113 
Şagirdə kitab, avtoqələm, fotoaparat, musiqi aləti suvenirlər, şahmat taxtası və s. mükafat 
verilə bilər. Belə mükafatların verilməsində məqsəd həm şagirdləri, həm də kollektivi daha 
səylə, həvəslə işləməyə ruhlandırmaqdır.
Müvəffəqiyyət qazanan şagirdin tərifnamə ilə təltif edilməsi, hər hansı bir şagirdin 
daha çox həvəs göstərdiyi fənni öyrənməsinə, məşğələlərdə fəal iştirak etməsinə şərait 
yaradır. 
Məktəblərdə cəzanın bir sıra vasitələrindən istifadə edilir. Məzəmmət etmək və ya 
danlamaq cəzanın ən yüngül formasıdır. Müəllim pis hərəkətinə görə şagirdi danlayır, 
həmin hərəkətdən narazı qaldığını bildirir. Bu kömək etmədikdə şagird dərsdən və ya hər 
hansı bir tədbirdən kənarlaşdırılır. Şagirdin hərəkəti kobud, intizamsız xarakter aldıqda ona 
əvvəlcə şifahi, bu davam edərsə, yazılı töhmət verilir. Dərsdən sonra şagird məktəbdə 
saxlanılır, icra olunmamış tapşırığın icrası tələb olunur. 
Şagirdin valideyninin məktəb şurasına çağırılması kimi cəza vasitəsindən də istifadə 
olunur. Normalara uyğun gəlməyən hərəkətlərinə görə şagird valideyni ilə birlikdə məktəb 
şurasına çağırılır. Şagirdin digər sinfə və ya məktəbə köçürülməsində məqsəd şagirdi ona 
təsir edən amillərdən,
mühitdən uzaqlaşdırmaqdır. Şagird müəllimlərə və məktəb 
rəhbərlərinə müntəzəm tabe olmadıqda və intizamı kobud surətdə pozduqda, onun 
haqqında ən ağır cəza vasitəsi olan məktəbdən xaric edilməsi tətbiq edilir.
Tərbiyə metodlarından istifadə edərkən şagirdlərin yaş və fərdi xüsusiyyətləri nəzərə 
alınmalı, uşaq kollektivinə və onun tərbiyəvi gücünə istinad edilməli, tərbiyə metodlarının 
tətbiqində isə müəyyən hədd, obyektivlik, ədalətlilik və təhsilalanların hüquqları 
gözlənilməlidir.
İnsan şüurlu məxluq olduğu üçün onun bütün fəaliyyəti, davranışı şüurla tənzim 
olunur. Buna görə də ilk növbədə şüura təsir göstərmək, onda əxlaqi təsəvvürlər, inam, 
əqidə formalaşdırmaq lazım gəlir.
Tərbiyə şüurla davranışın vəhdətinə əsaslanır. İnsana əxlaqi normaları izah etməklə 
yanaşı, onun bu normalara uyğun davranması, müsbət adətlərə yiyələnməsi də vacibdir. 
Tərbiyə keyfiyyətlərinin böyük qismi adətlərlə bağlıdır. Məsələn, intizam, mədəni davranış, 
səhiyyə
-
gigiyenik vərdişlər, həyati tələbat və bacarıqlar adət nəticəsində formalaşır. 
Xüsusən böyük yaşlarda şüura təsir göstərmək imkanı məhdud olan dövrdə tərbiyə işində 
adətlər böyük rol oynayır. Deməli, tərbiyə işində insanın iradəsini möhkəmlətmək, onda 
müsbət adətlər yaratmaq və bu yolla düzgün davranış təcrübəsi formalaşdırmaq zəruridir. 
Tərbiyə metodlarının müəyyən qrupu məhz bu məqsədə xidmət edir.
Tərbiyə işində insanın hissi aləmi də mühüm rol oynayır. Rəğbət
-
nifrət, sevinc
-
kədər, 
xeyirxahlıq
-
bədxahlıq, hümanizm
-
eqoizm, həzz
-
ikrah hissləri davranış və rəftarı 
stimul
laşdırır. Uşaqlıqdan insan qəlbinə müsbət hisslər aşılanmazsa, orada boşluq yaranar 
və çox vaxt bu boşluğu mənfi hisslər tutur. Nəticədə insan qəlbində bədxahlıq, qəddarlıq, 
laqeydlik, habelə bir çox nəfs xəstəlikləri
-
paxıllıq, tamahkarlıq, kin, qeybət, acgözlük yuva 
salır və insanı xoşagəlməz yollara çəkir. Bu mənada tərbiyə metodları həm insanın psixi
-
şüur fəaliyyətinin, həm davranış, rəftar və ünsiyyət fəaliyyətinin təşkilini, həm şüur və 
davranışı stimullaşdırmağı, həm də prosesə nəzarəti təmin etməlidir.



Yüklə 2,27 Mb.

Dostları ilə paylaş:
1   ...   98   99   100   101   102   103   104   105   ...   153




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin