Modulun adı: Təlim və tərbiyə prosesinin həyata keçirilməsi 147
informasiyalara tətbiq edilidkdə yeni məna alan proseslər kimi dəyrələndirilir. Kontekstual
nəzəriyəyə əsasən təlim o zaman baş verir ki, şagird öz bilik dairəsi çərçivəsində yeni
informasiyalar və biliklər emal etsin. İnformasiyaların emalı məzmunda yeni məna
axtarmaqla və həmin mənaları inandırıcı şəkildə əlaqələndirməklə həyata keçirilir.
Qavrama materialı başa düşmək, mənasını dərk etmək, dəyişmək, izah etmək,
sözlərini dəyişmək, təsvir və ya şərh etməklə bağlıdır. Buraya aşağıdakılar aiddir:
•
Biliyin yeni kontekstə köçürülməsi;
•
İzah, təsvir, şərh (bir dildən və ya səs sistemindən digərinə dəyişmə);
•
Nümunələrin gətirilməsi;
•
Öyrənilmiş və ya tanış olan xassələrə görə təsnifat;
•
Yekunlaşdırma;
•
Qarşılıqlı əlaqənin yaradılması.
Tətbiqə məlumatdan istifadə etmək, yeni şəraitə metod və konsepsiyaları tətbiq
etmək, məlum olan, müəllim tərəfindən verilən və müstəqil hazırlanmış təlimata əsasən
tapşırığın icra olunması daxildir.
Təhlil ayrı
-
ayrı hissələrə bölünmə və bu hissələrin tama necə aid olunmasını təyin
etmək, diferensiallaşma (tamın əsas hissələrə bölünməsi), sıralanma, xarakterik
xüsusiyyətlərin təyini və s. ibarətdir. Təhlildə əlaqələrin sezilməsi, hissələrin təşkili, qapalı
mənaların anlaşılması, komponentlərin ayırd edilməsi fəaliyyətləri aparılır. Burada əsas
fəaliyyətlərə təşkil, təhlil və müqayisə etmək, fərqləndirmək, ayırmaq, seçmək, sıralamaq,
birləşdirmək, əqli nəticə çıxarmaq, sxematik təsvir etmək, izah etmək daxildir.
Sintez yeni ideyaların yaranması üçün köhnə ideyalardan istifadə, verilmiş faktların
ümumiləşdirilməsi və bir neçə sahə üzrə biliklərin əlaqələndirilməsidir. Buraya ayrı
-
ayrı
hissələrdən yeni “məhsulun” yaradılması, müəyyən meyarlar üzrə fikirlərin, hipotezlərin,
alternativ həllərin generasiya edilməsi, planlaşdırılma (fəaliyyət ssenarilərinin,
tədqiqatların, eksperimentlərin yaradılması) aiddir.
Diaqnostik qiymətləndirmənin aparılması üçün təlimin məqsədlərinə uyğun üsul,
vasitələr və fəaliyyət növlərindən istifadə olunur. Onlar cədvəl 3.3
-
də ümumiləşdirilir: