Modulun adı: Təlim və tərbiyə prosesinin həyata keçirilməsi 162
3.4. Summativ qiymətləndirməni forma, üsul və vasitələrinə uyğun tətbiq edir 3.4.1. Summativ qiymətləndirmə formaları Summativ qiymətləndirmə təhsilin hər hansı mərhələsində (bəhs və ya bölmənin,
yarımilin və ilin sonunda) şagirdlərin standartlar üzrə əldə etdikləri nailiyyətlərin
qiymətləndirilməsidir. Summativ qiymətləndirmənin ən mühüm cəhəti şagirdlərin əldə
etdiyi biliklərin tətbiqinə hansı səviyyədə nail olduğunu aşkar etməkdən ibarətdir.
Summativ qiymətləndirmə məzmun standartlarının mənimsənilmə səviyyəsinin etibarlı
göstəricisidir.
Summativ qiymətləndirmə standart və ya standartlar qrupunda müəyyən olunmuş
məqsədlərə şagirdlərin hansı səviyyədə nail olduqlarını müəyyən edir. Summativ
qiymətləndirmə standartların mənimsənilməsi istiqamətində şagirdlərin əldə etdiyi
irəliləyişləri dəyərləndirir. Bu qiymətləndirmə növü mövzunun, bəhs və bölmənin, yaxud
tədris ilinin sonunda eyni qaydada keçirilir. Summativ qiymətləndirmənin mühüm cəhəti
şagirdlərin mənimsədiklərini tətbiqetmə qabiliyyətinə nə dərəcədə malik olduqlarını aşkara
çıxarmaqdır.
Kiçik summativ qiymətləndirmə fənn kurikulumları tətbiq olunan siniflərdə bəhs və ya
bölmələrin sonunda, altı həftədən gec olmayaraq müəllim tərəfindən keçirilir. Onun
nəticələri yarımillik qiymətlərin hesablanmasında nəzərə alınır.
Böyük summativ qiymətləndirmə yarımilliklərin sonunda ümumi təhsil müəssisəsinin
rəhbərliyinin və ya orada yaradılan müvafiq komissiyanın nəzarəti ilə fənni tədris edən
müəllim tərəfindən aparılır. Yekun summativ qiymətləndirmə buraxılış siniflərində təhsil
səviyyələrinin sonunda yekun attestasiya (buraxılış imtahanları) şəklində aparılır.
Summativ qiymətləndirmənin nəticələri keçirildiyi tarixdə sinif jurnalında qeyd
olunur. Ola bilsin ki, bəzi dərslərdə müəllim tərəfindən biliyin yekun qiymətləndirilməsi
nəzərdə tutulmur və qiymət qoymaq tövsiyə edilmir. Lakin onlar məktəblilərin refleksiya,
yəni suallara cavablar, müzakirələr vasitəsilə özünüqiymətləndirməsinə yol açır. Şagirdlərin
öz fəaliyyətinin qiymətləndirilməsinə cəlb edilməsi çox vacibdir. Çünki bu iş məktəbliləri öz
davranışına daha məsuliyyətlə yanaşmağa sövq edir, onlarda obyektivliyin tərbiyə
edilməsinə yardımçı olur, öz münasibətlərini düzlük və qarşılıqlı anlaşma prinsipləri
əsasında qurmağı öyrədir. Bu
qiymətlər qeyri
-
səmimilik və ya özünüaldatma ucbatından
təhrif edilməməlidir. İnsanın öz
-
özünü necə gördüyünü müəyyən etməyə imkan verməlidir.
Özünüqiymətləndirmə ilə kənardan verilən qiymətlərdəki fərq öz
-
özlüyündə qrup və fərd
üçün zəngin informasiya mənbəyi olmalıdır.
Summativ qiymətləndirmə təlim prosesində müəyyən mərhələlərə (bəhs və ya
bölmənin, yarımilin sonunda) yekun vurmaqla, şagirdin nailiyyət səviyyəsini ölçmək
məqsədilə aparılır.
Fəal (interaktiv) təlimdə şagirdlərin nailiyyətlərinin qiymətləndirmə obyektləri
sırasına daha biri də şagirdin şəxsi keyfiyyətləri (biliyə yiyələnmək həvəsi, sosial, yaradıcı,
mənəvi keyfiyyətlər və s.) əlavə olunur.
Şagirdlərin məzmun standartlarına nə dərəcədə nail olduqlarını ölçmək və qazanılmış