Modulun adı: Təlim və tərbiyə prosesinin həyata keçirilməsi 163
bacarıqlar üzrə yekun (summativ) qiymətləndirmələr aparmaq üçün qiymətləndirmə
vasitələri (testləri) hazırlanır.
Summativ qiymətləndirmənin əsas xüsusiyyətləri onun kiçik, böyük və yekun
summativ qiymətləndirmələrdən ibarət olmasıdır.
1.
Kiçik summativ qiymətləndirmə fəsil və bölmələrin, təhsil vahidlərinin sonunda
müvafiq standartların mənimsənilməsi səviyyəsini müəyyənləşdirmək üçün
aparılır. Bu qiymətləndirmə 6 həftədən gec olmayaraq müəllim tərəfindən həyata
keçirilir. Kiçik summativ qiymətləndirmə prosesində şagirdlərin müvafiq
standartlara nail olma səviyyəsi aşkara çıxarılmaqla müşahidə olunan problemlərin
növbəti mərhələdə aradan qaldırmaq üçün fəaliyyət istiqamətləri müəyyən
-
ləşdirilir. Əgər sinifdə şagirdlərin çox hissəsi standartlara nail olmamışlarsa,
müəllim öz fəaliyyətində (üsul və vasitələrin, resursların seçimində, şagirdlərə
münasibətində, valideynlərlə əməkdaşlığında və s.) ciddi dəyişikliklər etməli və
növbəti mərhələdə həmin standartlar üzrə işin təşkilinə xüsusi diqqət yetirməlidir;
2.
Böyük summativ qiymətləndirmə dərs ilinin birinci yarısının və ilin sonunda
məzmun standartlarının tələbi baxımından şagirdin nailiyyət səviyyəsini müəyyən
-
ləşdirmək məqsədi daşıyır və məktəb rəhbərliyi tərəfindən aparılır. Bu
qiymətləndirmə ayrı
-
ayrı siniflərdə təlimin keyfiyyətinə nəzarəti və müvafiq
dəstəyin rəhbərlik səviyyəsində təmin olunması baxımından mühüm əhəmiyyətə
malikdir.
Summativ qiymətləndirmənin nəticələri keçirildiyi tarixdə sinif jurnalında qeyd
olunur. Yekun summativ qiymətləndirmə buraxılış siniflərində yekun attestasiya şəklində
aparılır.
Summativ qiymətləndirmənin aparılması Qiymətləndirmə Konsepsiyasında aşağıdakı
kimi əsaslandırılır:
4.1.
Summativ qiymətləndirmə kiçik və böyük olmaqla iki formada aparılır;
4.2.
Summativ qiymətləndirmə rəsmi qiymətləndirmədir və nəticələri keçirildiyi
tarixdə sinif jurnalında qeyd olunur;
4.3.
Kiçik summativ qiymətləndirmə vasitələri fənni tədris edən müəllim, böyük
summativ qiymətləndirmə vasitələri isə ümumi təhsil müəssisəsi rəhbərliyinin
təşkil etdiyi komissiya tərəfindən hazırlanır;
4.4.
Kiçik summativ qiymətləndirmə hər tədris vahidinin sonunda, altı həftədən gec
olmayaraq müəllim tərəfindən keçirilir;
4.5.
Böyük summativ qiymətləndirmə yarımillərin sonunda təhsil müəssisəsinin
rəhbərliyi tərəfindən yaradılan müvafiq komissiyanın nəzarəti
ilə fənni tədris
edən müəllim tərəfindən aparılır;
4.6.
Şagirdlərin kiçik və böyük summativ qiymətləndirmələrinin nəticələri illik
qiymətlərin hesablanmasında nəzərə alınır;
4.7.
Kiçik və böyük summativ qiymətləndirmələrin keçirilmə vaxtı illik