Lisey – ümumi və tam orta təhsil səviyyələrində istedadlı şagirdlər üçün müvafiq
təmayüllər üzrə təhsil xidmətləri göstərən ümumtəhsil müəssisəsi.
Metod – praktiki və nəzəri biliklərin dərkedilməsi və müəyyən tapşırığın həllinə
istiqamətlənmiş vəzifələr. Pedaqogikada təlim və tədris metodları problemin həlli yolları və
təsnifatının əsas xüsusiyyəti kimi çıxış edir.
Meyarlar – işin şagird tərəfindən yerinə yetirilməsi keyfiyyətinin müəyyən edilməsi
məqsədilə istifadə olunan tövsiyə, qayda, xüsusiyyət yaxud parametrlər. Meyarlar şagirdin
cavabı və ya işinin nəticəsində məhz nələrə qiymət verildiyini göstərir. Meyarlar tamlıq
(bütövlülük), analitik, ümumi və konkret ola bilər. Qiymətləndirmə bölgüləri meyarlara
əsaslanır, həmin meyarların mənası və istifadə olunma qaydalarını müəyyənləşdirir.
Məktəb səviyyəli qiymətləndirmə – şagird nəticələrinin məktəb tərəfindən
qiymətləndirilməsi. Məktəb səviyyəsində qiymətləndirmə imtahan paketinin tərkib hissəsi
kimi nəzərə alınaraq, əldə edilən qiymətlər imtahanın nəticələrinə daxil edilə bilər.
Məktəbdənkənar fəaliyyət – uşaq, yeniyetmə və gənclərin maraq, meyl və bacarıqlarının,
intellektual səviyyələrinin, yaradıcılıq qabiliyyətlərinin inkişafı, fiziki cəhətdən sağlam
böyümələri üçün əlverişli şərait yaradır, onların istirahətinin, asudə vaxtlarının mənalı
təşkilini təmin edir. Məktəbdənkənar fəaliyyət şagirdlərin maraqlarını nəzərə almaqla
onların könüllü iştirakı, aktivliyi və müstəqilliyi üzərində həyata keçirilir və onlarda
liderlik, komandada işləmək bacarığı, yaradıcılıq və s. vərdişləri inkişaf etdirir.
Məzmun – imtahanların keçirilməsində məzmunun yüksək etibarlılıq dərəcəsinə nail
olması üçün bütün tapşırıqlar tədris planına daxil olan biliklərin, təsəvvürlərin və
bacarıqların yoxlanılmasına yönəlməli, müxtəlif bacarıq və mövzuların yoxlanılması üçün
müəyyən edilmiş tapşırıqların test xüsusiyyətlərinə uyğun olması.