TəLİm və TƏRBİYƏ prosesiNİn həyata keçİRİLMƏSİ Layihə Avropa İttifaqı tərəfindən maliyyələşdirilir


Modulun adı: Təlim və tərbiyə prosesinin həyata keçirilməsi



Yüklə 2,27 Mb.
Pdf görüntüsü
səhifə145/153
tarix01.12.2023
ölçüsü2,27 Mb.
#136960
1   ...   141   142   143   144   145   146   147   148   ...   153
2.Telim Ve Terbiye Prosesinin Heyata Kechirilmesi

Modulun adı: Təlim və tərbiyə prosesinin həyata keçirilməsi 
171 
3.5. Qiymətləndirmə nəticələrini müxtəlif metodlarla təhlil edir 
3.5.1. 
T
ədrisdə qiymətləndirmə nəticələrinin səviyyələr üzrə təhlili 
Tədris prosesində qiymətləndirmə nəticələrinin təhlili böyük əhəmyiyətə malikdir. 
Hər bir müəllim müxtəlif səviyyələr və məqsədlər üzrə qiymətləndirmə nəticələrini təhlil 
etməyi və işdə olan nöqsanları araşdırmaq bacarıqlarına malik olmalıdır. Qiymətləndirmə 
nəticələri ölkə, rayon, şəhər, bölgə, məktəb, sinif səviyyəsində təhlil edilir. Bu işdə bir sıra 
səmərəli metodlar tətbiq olunur. Belə ki, qiymətləndirmə nəticələri müqayisəetmə, 
ümumiləşdirmə, nəticə çıxarma, eksperimentlərin təşkili ilə təhlil edilir. Təhlildə sinfin, 
paralel siniflərin, ümumilikdə ibtidai siniflərin, məktəbin nəticələri əsas götürülür. 
Şagirdlərin mövzunu, materialı mənimsəməsi və biliklərin tətbiqi baxımından maksimum 
100 faiz üzrə təhlili aparılır.
Tədrisdə müxtəlif forma və növlər üzrə şagirdlərin bilik və bacarıqları, onların 
fəaliyyətləri qiymətləndirilir. Təkcə onları qiymətləndirməklə müəllimlərin fəaliyyətinin 
səviyyəsi, əldə etdikləri uğurlar haqqında ümumi nəticəyə gəlmək mümkün olmur. Bunun 
üçün qiymətləndirmə nəticələrinin ümumiləşdirilməsi, təhlil edilməsi ilə tədrisdə 
irəliləyişin və ya geriləmənin olduğu təsdiq edilir.
Diaqnostik qiymətləndirmə fərdi, qrup və ya kollektivlə aparılır. Sinfin ümumi 
səviyyəsi, yaxud ayrı
-
ayrı fərdlərin bilik səviyyəsi araşdırılır. Qiymətləndirmənin nəticəsi 
müəllimin dərsi plandaşdırmasına əsas verir. O, dərsin cari planını hazırlayır, şagirdlərin 
bilik və bacarıqlarını nəzərə alır, cari plan əsasında dərsi təşkil edir, müxtəlif vasitələr 
əsasında qiymətləndirmə aparır. Alt
-
standartdan çıxarılan meyarlar üzrə səviyyələr 
müəyyən edilir, şagirdlərin bilik, bacarıqları qiymətləndirilir. Sonra onlar təhlil edilir, 
müvəffəqiyyət və keyfiyyət faizi hesablanır. Şagirdlərin hamısı tapşırığı yerinə yetirmişsə, 
deməli, müvəffəqiyyət faizi yüz olmuşdur. Tapşırıqları həll edə bilməyənlərin sayı 
hesablanır. Onların sinfin neçə faizini təşkil etdiyi müəyyən edilir. Müəllim 
qiymətləndirmədə bilik nümayiş etdirə bilməyən şagirdlərlə fərdi işlərin qrafikini 
hazırlayır, onların səviyyəsinin yüksəldilməsinə dair fəaliyyətə başlayır.
Tədris vahidlərinin 
tədrisinin sonunda müəllim kiçik summativ qiymətləndirmələr aparır. Hər 
qiymətləndirmədən sonra onun təhlilini aparır. Summativ qiymətləndirmədə şagirdlərin 
fəaliyyəti “1”, “2”, “3”, “4”, “5” bal sistemi ilə qiymətləndirildiyindən və jurnala yazıldığından 
onun nəticələrinin təhlili bir qədər asandır. Belə ki, sinif üzrə müvəffəqiyyət faizi “3”, “4”, “5” 
bal alanların sayı, keyfiyyət
faizi isə “4” və “5” bal alanların sayı götürülür. Şagirdlərdən “1” 
və “2” qiymət alanlar olmadıqda sinfin müvəffəqiyyət faizi 100 götürülür. Keyfiyyət faizini 
hesablamaq üçün şagirdlərdən “3” qiymət alanların faizi hesablanır və 100 faizdən çıxılır. 
Keyfiyyət faizi müəyyən edildikdən sonra müəllim “3” qiymət alanlarla əlavə məşğələ
məsləhətlər aparır, onların da “4” və “5” qiymət almaq kimi nəticələrə nail olmasına cəhd 
göstərir. Məsələn, 3
-
cü sinifdə 23 şagird təhsil alır. Kiçik summativ qiymətləndirmədə 
şagirdlərdən “1” və “2” alan olmamışdır. Deməli, müvəffəqiyyət faizi 100 götürülür. 
Şagirdlərdən 6 nəfəri “3” qiymət almışdır. Keyfiyyət faizi aşağıdakı kimi hesablanır:
100 : 23 = 4,3



Yüklə 2,27 Mb.

Dostları ilə paylaş:
1   ...   141   142   143   144   145   146   147   148   ...   153




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin