Modulun adı: Təlim və tərbiyə prosesinin həyata keçirilməsi 172
4,3 ∙ 6 = 25,8
100 -
25,8 = 74,2
Deməli, sinfin müvəffəqiyyət faizi 100, keyfiyyət faizi 74,2
-
dir. Əgər sinfin
şagirdlərindən 3 nəfərin biliyi “1” və ya “2” qiymətləndirilmişsə, yəni sualları, tapşırıqları
həll etməmişsə, onda sinfin müvəffəqiyyət faizi 87,1 olacaqdır.
Siniflər üzrə kiçik summativ qiymətləndirmənin nəticələri əvvəldə parallel siniflər,
sonra bütün siniflər üzrə hesablanır, təhlil edilir. Siniflər üzrə summativlərin nəticələri təhlil
edilir. Geriləmələrin səbəbləri aydınlaşdırılır və onun qarşısının alınması tədbirləri görülür.
Bütün siniflərin qiymətləndirmə
nəticələrinin təhlili məktəb səviyyəsini müəyyən edir.
Siniflərin qiymətləndirmə nəticələrinin təhlili ilə sinif səviyyəsi müəyyən olunur. Təhlillər
təkcə kiçik summativlər üzrə deyil, böyük summativlər, buraxılış imtahanları, sinifdən
-
sinfə
keçmə imtahanları üzrə də aparılır. Məktəb üzrə səviyyələr müəyyən edildikdən sonra
rayonlar, bölgələr üzrə təhlillər aparılır, sonda ölkə səviyyəsində təhlil həyata keçirilir və
ölkədə təhsilin səviyyəsi müəyyən olunur. Buraxılan nöqsanlar, çatışmazlıqlar aşkar edilir,
onların aradan qaldırılması tədbirləri həyata keçirilir.
Qiymətləndirmə nəticələrinin sinif səviyyəsi üzrə təhlili aşağıdakı sxemdə (Sxem 3.1)
ümumiləşdirilir:
Sxem 3.1. Qiymətləndirmə nəticələrinin təhlili sxemi Dərslərdə şagird fəaliyyətinin qiymətləndirilməsində təkcə informasiyanı, nəzəri
biliklərin mənimsənilməsini deyil, həm də cəmiyyətin həyatında fəal vətəndaş mövqeyi
Sinif səviyyəsində qiymətləndirmə nəticələrinin təhlili Standarta nail olma baxımından sinifdə vəziyyət
Bir şagirdin nəticəsinin uyğun səviyyəli digər
şagirdin nəticəsi ilə müqayisəsi
Zaman baxımından hər şagirdin nailiyyətlərində
baş vermiş dəyişiklik (tempi və faizi)
Zaman baxımından bir şagirdin nailiyyətlərində
baş vermiş dəyişikliklərin (temp və faiz) uyğun
səviyyəli digər şagirdlərin nəticəsi ilə
müqayisəsi
Yeni qərarların qəbul edilməsində şagird
nailiyyətlərinin nəzərə alınması