TəLİm və TƏRBİYƏ prosesiNİn həyata keçİRİLMƏSİ Layihə Avropa İttifaqı tərəfindən maliyyələşdirilir


Modulun adı: Təlim və tərbiyə prosesinin həyata keçirilməsi



Yüklə 2,27 Mb.
Pdf görüntüsü
səhifə147/153
tarix01.12.2023
ölçüsü2,27 Mb.
#136960
1   ...   143   144   145   146   147   148   149   150   ...   153
2.Telim Ve Terbiye Prosesinin Heyata Kechirilmesi

Modulun adı: Təlim və tərbiyə prosesinin həyata keçirilməsi 
173 
nümayiş etdirməsi, lazımi bilik və bacarıqlara yiyələnməsi xüsusilə nəzərə alınır. Bu 
baxımdan dərslərdə aşağıdakı keyfiyyətlər qiymətləndirilir:

Bilik 
– 
fənnin məzmununun, əsas fakt və terminlərin, səbəb
-
nəticə əlaqələrinin
nəticə və ümumiləşdirmələrin mənimsənilməsi;

Bacarıqlar 

materialları araşdırması, kommunikasiya (informasiyanın dərki və 
ötürülməsi), qərarların qəbul olunmasında iştirak etməsi, fərdi və kollektiv fəaliyyət 
göstərməsi və s.;

Dəyərlər 

ədalət, bərabərlik, azadlıq, ləyaqət, əxlaq anlayışlarının qəbul edilməsi
tədris fəaliyyətlərində həmin məsələlərin həll olunması.
Qiymətləndirmədə meyarlar işlənib hazırlanır. Şagirdlərin fərdi fəaliyyətini, həm də 
bütövlükdə kiçik qrupların işini obyektiv qiymətləndirməyə imkan verən meyarlar tərtib 
olunmalıdır. Qiymətləndirmədə “qarşılıqlı əlaqə”, şagirdlərlə müəllimin bir
-
birlərin
i daha 
yaxşı başa düşməsi imkanı yaradılmalıdır. Ona görə də müəllim tərtib etdiyi meyarlarla 
şagirdləri tanış edir. Eyni zamanda müəllim qiymətləndirmə meyarlarının tərtibinə 
şagirdləri də cəlb edir. Dürüst tərtib edilmiş meyarlar şagird nailiyyətlərinin obyektiv 
qiymətləndirilməsinə kömək göstərir.
Məktəblilərin özünüqiymətləndirmə metodundan istifadə edilməsi faydalıdır. Bu, 
sorğu anketləri və vərəqlərinin doldurulması formasında tətbiq olunur. Şagirdlərin öz 
fəaliyyətlərini qiymətləndirməsi vacib məsələlərdəndir. Bu, məktəbliləri davranışlarına 
məsuliyyətlə yanaşmalarına sövq edir, onlarda obyektivlik hissi tərbiyə olunur, fikirlərini 
düzgün və qarşılıqlı anlaşma prinsipləri üzərində qurmağı öyrədir. Faydalıdır, ona görə ki, 
məktəblinin özünü necə gördüyü aşkar edilir. Lakin özünüqiymətləndirmədə qeyri
-
səmimiliyə, özünüaldatmaya yol verilməməlidir. Özünə verdiyi qiymətlə kənardan verilən 
qiymətlər arasında ciddi fərq olmaması onların obyektivliyini sübut edir. Yekun qiymət 
şagirdin özünə verdiyi qiymətlə,
müəllimin verdiyi qiymətin ortalaması ilə çıxarılması 
müsbət nəticə verir. Bəzi dərslər müəllimin yekun qiymətləndirməsini nəzərdə tutmur və 
orada qiymət vermək məsləhət görülmür. Belə hallarda müəllimin refleksiya vasitəsilə 
şagirdlərin öz
-
özünə qiymətvermə metodundan istifadə etməsi faydalıdır.
Bu zaman 
yekunlaşdırma müzakirə və söhbətlər formasında aparılır. Yekunlaşdırmanın ən sadə üsulu 

hər bir şagirdin mövcud dərs üzrə öz rəyini söylədiyi "dairəvi" söhbətdir. Belə ki, şagirdlər 
və müəllimlər dairəvi əyləşir və suallara cavab verirlər. Suallar aşağıdakı kimi hazırlanır: 

Yoldaşlarınızın çıxışlarında sizin ən çox xoşunuza gələn nə oldu?

Bunlardan gələcəkdə necə istifadə etmək istərdiniz? 

Onları siz necə edərdiniz?
Bu tip sualların cavablandırılması təhsilalanın nələrdən xoşu gəlmədiyini müəyyən 
etməyə imkan verir.
Dərslərdə qiymətləndirmə üçün müəllimin hazırladığı işçi test vərəqlərindən istifadə 
edilir. Testlər iki növdə olur:

Müəyyən, konkret cavabı olan testlər;

Problemlərə münasibətin aşkar edilməsinə, onların məntiqə uyğun 



Yüklə 2,27 Mb.

Dostları ilə paylaş:
1   ...   143   144   145   146   147   148   149   150   ...   153




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin