TəLİm və TƏRBİYƏ prosesiNİn həyata keçİRİLMƏSİ Layihə Avropa İttifaqı tərəfindən maliyyələşdirilir


Modulun adı: Təlim və tərbiyə prosesinin həyata keçirilməsi



Yüklə 2,27 Mb.
Pdf görüntüsü
səhifə149/153
tarix01.12.2023
ölçüsü2,27 Mb.
#136960
1   ...   145   146   147   148   149   150   151   152   153
2.Telim Ve Terbiye Prosesinin Heyata Kechirilmesi

Modulun adı: Təlim və tərbiyə prosesinin həyata keçirilməsi 
175 
təsvir edir, qiymətləndirmə prosesinin qanuniliyinə zəmanət verir.
Qiymətləndirmə standartları məzmun standartlarının hansı səviyyədə reallaşdığını 
yoxlamaqla, baş vermiş dəyişikliklərin dərəcəsini müəyyən edir. Qiymətləndirmə 
standartlarının təyin edilməsində imtahana əsaslanan metod vasitəsilə bütün maraqlı 
tərəflərin razılığı əsasında müvafiq siniflər üzrə milli səviyyədə yekun qiymətləndirmə 
(imtahan) keçirilir, nəticələr təhlil olunmaqla, standartların reallaşması təhlil edilir.
Qiymətləndirmə nəticələrinin təhlili zamanı bir sıra problem və nöqsanlar aşkar edilir. 
Həmin nöqsanların səbəbi müəllimlərin tədris fəaliyyəti, metodik hazırlığı və səriştəlilik 
səviyyəsinin yüksək olmamasıdır. Digər səbəblərə isə aşağıdakıları göstərmək olar:

Mövcud qiymətləndirmə mexanizmi təlim prosesinin ehtiyaclarına kifayətedici 
səviyyədə yönəlmir, onun tərkib hissəsinə çevrilmir və keyfiyyətinin 
yüksəldilməsinə xidmət etmir;

Bu mexanizm subyektiv xarakter daşıyır, şagirdi, bir qayda olaraq, əzbərləməyə və 
əksər şagirdləri qiymət almaq xatirinə oxumağa təhrik edir;

Təlim prosesində yalnız formal biliklər qiymətləndirilir, çox hallarda məqsəd 
qiymət yazmaqla məhdudlaşır, şagirdlərə özünüqiymətləndirmə imkanı verilmir;

Tədris zamanı müəllim qiymətləndirmə vasitəsilə şagirdlərlə səmərəli əks
-
əlaqə 
yarada bilmir.
Şagird nailiyyətlərinin qiymətləndirilməsinin nəticələri müxtəlif səviyyələrdə 
aşağıdakı beş mühüm məsələ üzrə təhlil edilir:
1.
Standart baxımından əldə edilən nəticələrin səviyyəsi;
2.
Bir qrupun nəticəsinin oxşar şəraitli digər qrupun nəticəsi ilə müqayisəsi;
3.
Zaman baxımından bir qrupun nailiyyət keyfiyyətində baş vermiş dəyişikliklər;
4.
Zaman baxımından bir qrupun nailiyyət keyfiyyətində baş vermiş dəyişikliklərin 
digər qrupun nailiyyət keyfiyyətindəki dəyişikliklərlə müqayisəsi;
5.
Yeni qərarların qəbul edilməsində şagird nailiyyətlərinin nəzərə alınması.



Yüklə 2,27 Mb.

Dostları ilə paylaş:
1   ...   145   146   147   148   149   150   151   152   153




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin