TəLİm və TƏRBİYƏ prosesiNİn həyata keçİRİLMƏSİ Layihə Avropa İttifaqı tərəfindən maliyyələşdirilir



Yüklə 2,27 Mb.
Pdf görüntüsü
səhifə21/153
tarix01.12.2023
ölçüsü2,27 Mb.
#136960
1   ...   17   18   19   20   21   22   23   24   ...   153
2.Telim Ve Terbiye Prosesinin Heyata Kechirilmesi

Tədris proqramı

Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən təsdiq edilən 
sənəd olub, bu və ya digər sinifdə hər bir fənn üzrə təhsilin məzmununu və quruluşunu 
müəyyənləşdirir, elmi biliklərin, dünyagörüş və mənəvi
-
etik ideyaların, həmçinin şagirdlər 
tərəfindən mənimsənilməsi vacib bilinən praktik bacarıq və vərdişlərin sistemini özündə 
birləşdirir.
Tədris ləvazimatı 

 
1)
 
müxtəlif müəllif mövqeyindən müəyyən bir fənnin elmi əsaslarını 
izah edən kitablar; 2) metodiki materiallar, izahatlar, müxtəlif fənlər barədə tövsiyələrdən 
bəhs edən müəllim və ya şagirdlər üçün kitablar; 3) təlim
-
tədris prosesində mənbə ki
mi 
istifadə edilən xüsusi hazırlanmış fənn materialları.
Təhsilin məqsədi 

müstəqil və yaradıcı düşünən vətəndaş və şəxsiyyət yetişdirmək
müasir təfəkkürlü və rəqabət qabiliyyətli mütəxəssis
-
kadrlar hazırlamaq. Tədris proqramı 
çərçivəsində nəzərdə tutulan, eyni zamanda tam və ya qismən yerinə yetirilən 
uzunmüddətli məqsəd. Qismən yerinə yetirilən tədris məqsədinə tam əldə edilməsi məktəb 
mühitindən kənarda mümkün olan məqsədlər aiddir. Məsələn, şagirdlərin özlərinə 
inanmalarına, yaradıcı, məhsuldar və sadiq vətəndaş kimi yetişmələrinə yardım etməkdən 
ibarət olan tədris məqsədi buna nümunə sayıla bilər.
Təhsil proqramı, kurikulum 

təhsilin hər bir pilləsi üzrə təlim nəticələri və məzmun 
standartlarını, tədris fənlərini, həftəlik dərs və dərsdənkənar məşğələ saatlarının miqdarını, 
pedaqoji prosesin təşkili, təlim nəticələrinin qiymətləndirilməsi və monitorinqin aparılması 
sistemini özündə əks etdirən dövlət sənədi.
Təlim məqsədləri 

konkret fənn, kurs, proqram və ya dərsin təhsilalanlara verəcəyi yeni 
bilik, bacarıq və vərdişlərlə bağlı plana uyğun əldə edilən nəticələr.

Yüklə 2,27 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   153




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin