TəLİm və TƏRBİYƏ prosesiNİn həyata keçİRİLMƏSİ Layihə Avropa İttifaqı tərəfindən maliyyələşdirilir



Yüklə 2,27 Mb.
Pdf görüntüsü
səhifə24/153
tarix01.12.2023
ölçüsü2,27 Mb.
#136960
1   ...   20   21   22   23   24   25   26   27   ...   153
2.Telim Ve Terbiye Prosesinin Heyata Kechirilmesi

Ümumiləşdirmə bacarığı 

test nəzəriyyəsində “bütün müşahidələrin ümumiləşdirilməsi 
ilə davranış seçiminin qiymətinə” əsasən yekun rəyin qəbul edilməsi. Ümumiləşdirmə 
bacarığı ölçmə xətasında həqiqi qiymət anlayışının nəzəri alternatividir. Ümumiləşdirmə 
bacarığı nəzəriyyəsi səhvlərin bir neçə formasının olduğunu və alternativ ümumiləşdirmə 
formalarını qəbul edir.
 


Modulun adı: Təlim və tərbiyə prosesinin həyata keçirilməsi 
19 
Vərdişlər 

praktik bacarıqlardır ki, insan fəaliyyət prosesində
onları qismən avtomatlaşan 
h
ə
r
əkə
tl
ə
ri il
ə, iş üsullarını çətinlik çəkmə
d
ən, xüsusi iradi səyi və
şüurun
xüsusi nə
zar
ə
ti 
olmadan və
t
ə
r
əddüdsüz yerinə
yetirir.
Ziqzaq 

birgə öyrənmə strategiyası. İlk mərhələdə öyrənənlər təcrübəli qrupda iştirak 
edərək fənnin ayrı
-
ayrı aspektləri haqqında öyrənir, öz komandalarına qayıdaraq əldə 
etdikləri məlumatı qrupun hər bir üzvü ilə paylaşır və onu ümumi məqsəd üçün tətbiq 
edirlər.


Modulun adı: Təlim və tərbiyə prosesinin həyata keçirilməsi 
20 
GİRİŞ
 
Hörmətli oxucu! 
Ümumtəhsil məktəblərin ibtidai təhsil səviyyəsində təhsilalanlar üçün zəruri 
kompetensiyaların, 
fənlərin, 
məzmun 
və 
qiymətləndirmə 
standartlarının 
reallaşdırılmasında,
tədrisin inkişafetdirici məqsədlərini həyata keçirən, metodik 
təminatını, dəyərləndirmə modelini, səriştə əsaslı təhsili həyata keçirən ibtidai sinif 
müəlliminin yetişdirilməsi ilə təhsilin inkişaf etdirilməsi əsas problemlərdəndir.
Məqsəd 
fənlərin tədrisində şagirdlərə əlverişli təlim şəraitinin yaradılması, tələbyönümlülük, 
nəticəyönümlülük, şəxsiyyətyönümlülük, inteqrativlik prinsipləri əsasında hərtərəfli bilik 
və bacarıqlara, tərbiyə və davranış mədəniyyətinə malik şəxsiyyətin formalaşdırılmasıdır. 
Eyni zamanda ibtidai təhsil səviyyəsində təhsilverənlərə şagirdlərin potensial imkanlarını 
üzə çıxarmaq, onun daha da inkişafına nail olmaq üçün əlverişli təlim, tərbiyə mühitini 
yaratmağa kömək edən kompetensiyalar aşılamaqdır. Dərslərinin müasir tələblər 
s
əviyyəsində təşkili ilə təhsilalanların bilik, bacarıq və vərdişlərinin obyektiv 
qiymətləndirilməsinin forma, üsul və vasitələrinə dərindən yiyələnmiş təhsilverənin 
yetişdirilməsidir. 
Bu modul ibtidai təhsili həyata keçirəcək təhsil işçilərinin, o cümlədən 
təhsilverənlərin peşəkar səriştələrinin inkişafını təmin etmək məqsədi ilə hazırlanmışdır. 
Modulda ibtidai təhsildə təlim və tərbiyə prosesinin dövlət standartları əsasında həyata 
keçirilməsində təhsilalanların bilik və bacarıqlarını obyektiv qiymətləndirmək və inkişaf 
etdirmək üçün tələbə fəaliyyəti və müvafiq qiymətləndirmənin forma, üsul və metodları 
verilmişdir. Modulu müvəffəqiyyətlə mənimsəyən təhsilalan bir çox peşəkar müəllim 
bacarıqlarını nümayiş etdirəcək.
Modul 3 təlim nəticəsinə bölünmüşdür. Hər bir təlim nəticəsi üzrə qiymətləndirmə 
meyarlarının məzmunu aydınlaşdırılmış, onun yaddaşda möhkəmləndirilməsinə xidmət 
edən “Tələbələr üçün fəaliyyətlər” və təhsilalanın məzmunu hansı səviyyədə öyrəndiyini 
müəyyən etmək üçün “Qiymətləndirmə” bölməsi verilmişdir.
Birinci təlim nəticəsində təlim prosesinin həyata keçirilməsi baxımından dərsin 
planlaşdırılması, təlimdə müasir forma, üsul və vasitələrin səmərəli tətbiqi, şagirdlərə 
diferensial yanaşmanın əhəmiyyəti aydınlaşdırılır.
İkinci təlim nəticəsi tərbiyə prosesinin həyata keçirilməsinə həsr olunub. 
Tədrisdənkənar tədbirlərin təşkili formalarını, tərbiyənin prinsip və metodlarının tətbiqini, 
şəxsiyyətin davranış qaydalarını əks etdirir.
Üçüncü təlim nəticəsində müasir məktəbdaxili qiymətləndirmənin (diaqnostik, 
formativ və summativ) forma, üsul və vasitələrinin tətbiqi yolları və nəticələrin təhlili 
verilir.
Əziz təhsilalanlar! Unutmayın ki, gələcək işinizin yüksək səviyyədə qurulmasının açarı 
sizə verilən materialların həm nəzəri, həm də praktiki mənimsənilməsindən çox asılıdır. 



Yüklə 2,27 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   153




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin