Modulun adı: Təlim və tərbiyə prosesinin həyata keçirilməsi
31
Qiymətləndirmə
Aşağıdakı qiymətləndirmə meyarına əsasən qiymətləndirəcəksiniz:
“Dərsin məqsədinə çatmaq yollarını təsvir edir”.
1.
Dərs üçün məqsədin müəyyən edilməsində istifadə olunanları ardıcıl yazın:
Məzmun xətti, təlim nəticəsi, alt standart, əsas standart, mövzu, resurs, motivasiya,
inteqrasiya, metod, forma, tədqiqat, meyar.
2.
Dərsin gedişinə məqsədin düzgün müəyyən edilməsinin əhəmiyyəti nədir?
3.
Fəal dərsin mərhələlərini ardıcıl yazın.
4.
Azərbaycan dili müəlliminin biri dərs üçün məqsədi mövzudan, digəri alt standartdan,
riyaziyyat müəlliminin biri metod və formalardan, digəri tədqiqat sualından, həyat
bilgisi müəllimi təlim nəticələrindən çıxarmışdır. Onlardan hansı məqsədin müəyyən
edilməsində düzgün yolu seçmişdir?
5.
Dərsin məqsədini müəyyən edərkən yaranan problemləri təsvir edin, onların aradan
qaldırılması yollarını göstərin.
6.
Məqsədin düzgün seçilməsinin təhsilverənlər üçün əhəmiyyətini cədvəldə ayrılmış
xanalara yazın:
Dərsin məqsədinin düzgün seçilməsinin əhəmiyyəti
Təhsilverənlər üçün
Təhsilalanlar üçün
−
Dostları ilə paylaş: