TəLİm və TƏRBİYƏ prosesiNİn həyata keçİRİLMƏSİ Layihə Avropa İttifaqı tərəfindən maliyyələşdirilir



Yüklə 2,27 Mb.
Pdf görüntüsü
səhifə35/153
tarix01.12.2023
ölçüsü2,27 Mb.
#136960
1   ...   31   32   33   34   35   36   37   38   ...   153
2.Telim Ve Terbiye Prosesinin Heyata Kechirilmesi

Tədqiqatın aparılması
(fərziyyələri 
yoxlamaq və tədqiqat sualına cavab 
tapmaq üçün faktların axtarılması)
Tədqiqat aparılır, yeni faktlar toplanılır
III 
İnformasiya mübadiləsi
(alınmış 
informasiyanın və öz tədqiqatlarının 
təqdimatı)
Tədqiqatlar təqdim olunur, müzakirə 
üçün yeni informasiya əldə edilir
IV
İnformasiyanın müzakirəsi və təşkili
(informasiyanın müzakirəsi, müxtəlif 
faktlar arasında əlaqənin tapılması, onların 
təsnifatı)
İnformasiyalar müzakirə edilir, faktlar 
arasındakı əlaqələr müəyyənləşdir
ilir 
V
Ümumiləşdirmə və nəticələr
(ümumiləşdirmə və onun fərziyyələrlə 
müqayisəsi, onların təsdiq və ya təkzib 
edilməsi haqqında nəticə, tədqiqat sualının 
cavablandırılması)
Tədqiqat sualı cavablandırılır. Yeni 
biliklər ümumiləşdirilir
VI
Yaradıcı tətbiqetmə
(yeni şəraitdə 
tətbiqetmə, praktik məsələlərin həlli)
Təcrübə və biliklərin tətbiqi yolları 
dərk edilir
VII
Qiymətləndirmə və refleksiya
(şəxsi 
fəaliyyətin inikası və qiymətləndirilməsi; 
istənilən mərhələdə keçiriə bilər)
Bilik və bacarıqlar meyarlar üzrə 
qiymətləndirilir. Təlim fəaliyyəti 
qaydaları əsasında ümumiləşdirilir
Cədvəl 1.2. İbtidai siniflərdə dərsin strukturu


Modulun adı: Təlim və tərbiyə prosesinin həyata keçirilməsi 
34 
Cədvəldə fəal dərsin hər bir mərhələsində əldə olunacaq nəticələr də verilmişdir. 
Müəllim fəal dərsdə həmin nəticələrin əldə olunmasına səy göstərir.
Dərsdə məqsədə çatmağın əsas amillərindən biri onun cari planının qurulmasıdır. 
Təlimin cari planında əvvəl onun təşkili üçün lazım olan vasitələr qeyd olunur. Onlar ardıcıl 
olaraq yazılır. Belə ki, əvvəl sinif və mövzu göstərilir. Mövzunun tədrisində reallaşdırılacaq 
məzmun standartı, yəni fənn kurikulumunda müvafiq məzmun xəttinin sinif üzrə alt 
standartı müəyyən edilir. Seçilmiş alt standarta əsasən veriləcək bilik və aşılanacaq 
bacarıqlar aydınlaşdırılır. Alt standart üzrə mövzuya uyğun dərsin məqsədi müəyyən 
olunur.
Müəyyən edilmiş məqsədə çatmaq üçün təlim metodları, üsulları, formaları seçilir. 
Eyni zamanda inteqrasiyanın növləri fəndaxili, fənlərarası, həyatla əlaqənin həyata 
keçiriləcəyi məsələlər aydınlaşdırılır. 
Dərsdə məqsədə çatmaq üçün əsas amillərdən biri lazımi resursların seçilməsi və 
hazırlanmasıdır. Dərsin məqsədinə, təşkilinə, üsul, metod və formasına uyğun gələn 
resurslar (tablo, şəkil, laboratoriya avadanlığı, cihazlar, İKT vasitələri, iş vərəqləri, slaydlar, 
təbii və süni əyaniliklər, əlavə oxu, yazı materialları, lüğətlər və s.) əldə edilir. Onlardan 
dərsdə istifadə müddəti, qaydaları öyrənilir və müəyyənləşdirilir.
Müəllim bütün bu fəaliyyətləri həyata keçirdikdən sonra onlar əsasında dərsin 
mərhələlərini
müəyyənləşdirir və onlar üzrə dərsi təşkil edir. O, birinci mərhələ olan 
motivasiyada elə material və vasitələrdən istifadə edir ki, onlar şagirdləri maraqlandırır, 
heyrətə gətirir və onların diqqətini mövzuya cəlbedir. Şagirdlər motivasiyadan dərsdə 
öyrənəcəkləri məsələləri təxminən hiss edirlər. Ona görə də motivasiya elə yaradılır ki, 
şagirdlərdə probelmləri araşdırmağa, tədqiqat aparmağa, verilən tapşırıqları həll etməyə 
həvəs yaransın və onların fəallığı artsın.
Müəllim motivasiyadan sonra tədqiqat sualını qarşısına qoymalıdır. O, dərsə 
hazırlaşarkən tədqiqat sualını müəyyənləşdirir. Tədqiqat sualı məqsəddən çıxarılır sanki 
dərsin gedişi istiqamətini göstərir. O, qarşısına dərsdə şagirdlərə aşılayacağı bilik və 
bacarıqların üsul, metod, forma və yollarından istifadə edilməsinə dair sualını qoyur. 
Şagirdlərə nəyi necə və hansı vasitələrlə öyrədəcəyi tədqiqat sualı ilə ifadə olunur. Dərsdə 
şagirdlərin bilik və bacarıqları müstəqil əldə etməsində hansı tədqiqatların təşkil edilməsi, 
onların ümumiləşdirilməsi, nəticə çıxarılması, yaradıcı
tətbiq edilməsini özündə əks 
etdirdiyindən onu “tədqiqat sualı” adlandırmışlar.
Tədqiqat sualının cavabını müəllim dərs prosesində şagirdlərin və özünün fəaliyyəti 
ilə araşdırır. Belə ki, tədqiqatın aparılması mərhələsində şagirdlər qarşısına müəyyən 
problemlər qoyur ki, onlar keçmiş bilik və bacarıqları əsasında tədqiqat aparmaqla 
problemin həllini axtarıb tapmağa cəhd edirlər. Yeri gəldikcə bu fəaliyyətdə müəllim onlara 
kömək göstərir.
Tədqiqatın aparılmasında müəllim şagirdlərin fərdi və ya birgə fəaliyyətini təşkil edir. 
Əsasən, fərdi, cütlərlə, kollektiv və qrupla iş formalarını tətbiq edir. Mövzunun həcminə, 
çətinlik dərəcəsinə, mənimsənilmə səviyyəsinə uyğun gələn iş formasını seçir. Əgər mövzu 
konkret qaydalardan, nəzəri məsələlərdən ibarət olarsa, fərdi iş forması tətbiq olunur. 



Yüklə 2,27 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   153




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin