TəLİm və TƏRBİYƏ prosesiNİn həyata keçİRİLMƏSİ Layihə Avropa İttifaqı tərəfindən maliyyələşdirilir



Yüklə 2,27 Mb.
Pdf görüntüsü
səhifə41/153
tarix01.12.2023
ölçüsü2,27 Mb.
#136960
1   ...   37   38   39   40   41   42   43   44   ...   153
2.Telim Ve Terbiye Prosesinin Heyata Kechirilmesi

1.3.1. Təlim metodları
 
Müəllim dərs üçün metodları seçərkən təhsilalanların bir sıra xüsusiyyətlərini, 
xüsusilə, onların potensial imkanlarını nəzərə almalı olur.
Belə ki, təlimin 
şəxsiyyətyönümlük, şagirdyönümlük, nəticəyönümlülük prinsiplərini ödəyən fəal təlimin 
metod və üsulları şagirdlərin potensial imkanlarının nəzərə alınması baxımından çox 
əlverişlidir. Ona görə də ibtidai siniflərdə aşağıdakı metodların tətbiqinə üstünlük verilməsi 
təlimin keyfiyyətinə müsbət təsir göstərir:

Təsəvvürləri formalaşdıran (qavrama) metodlar, hissi qavramanı təmin edir, ətraf 
aləm haqqında dolğun təsəvvürlər yaradır. Onlara müşahidə, illüstrasiya, 


Modulun adı: Təlim və tərbiyə prosesinin həyata keçirilməsi 
41 
demonstrasiya və təsvir metodları daxildir.

Nəzəri biliyin (anlayış və qanunların) mənimsədilməsi metodları şagirdlərin 
şüurunda düzgün elmi anlayışları yaradır və qanunların dərk edilməsinə şərait 
yaradır. Bunlara müəllimin şərhi, müsahibə, diskussiya, məntiqi metodlar, kitab 
üzərində iş metodları, problem
-
axtarış metodları daxildir.

Təlimin məntiqi metodları nəzəri biliyin anlayış və qanunların dərk edilməsi, 
ümumiləşdirmə aparılması məqsədi güdən təfəkkür metodlarıdır. Bu metodlara 
analitik
-
sintetik və induktiv
-
deduktiv metodlar daxildir.

Analitik metodlar
müəyyən obyekti fikrən tərkib hissələrinə və ya əlamətlərinə 
ayırmaq məqsədi güdür. Bu metodlara müqayisə (oxşarlıq və fərqi 
müəyyənləşdirmək), təsnifetmə (əşya və faktları əsas əlamətlərinə görə ayırmaq), 
analogiya (bir obyektlə
bağlı biliyi digər obyektə keçirmək) və b. daxildir.

Sintetik metodlar
obyektin ayrı
-
ayrı hissə və əlamətlərini fikrən bir tam halında 
birləşdirmək məqsədi güdür. Bu yolla öyrənilən obyekt (cisim və hadisə) haqqında 
tam təsəvvür yaranır. Sintetik metodlara sistemləşdirmə (obyektlərin müəyyən 
prinsip (əlamət) əsasında sistemə salınması), ümumiləşdirmə (ümumi xassəyə 
malik olan cisim və hadisələrin fikrən birləşdirilməsi), konkretləşdirmə (ümumi 
müddəanın xüsusi hallara tətbiq edilməsi), sübutetmə (fikirlərin əsaslandırılması) 
və b. metodlar daxildir.

İnduktiv metod
xüsusidən ümumiyə, deduktiv metod
isə ümumidən xüsusiyə 
keçməklə əqli nəticə çıxarmaq metodudur.

Kitab üzərində
iş metodları əsas bilik mənbəyi kimi kitabdan müxtəlif məqsədlərlə 
istifadə etməyi nəzərdə tutur. Kitab yeni bilik əldə etmək, keçilənləri 
möhkəmləndirmək, dərinləşdirmək, tətbiq etmək, habelə müstəqil iş bacarıqlarını 
formalaşdırmaq vasitəsidir.
Müəllim təlimdə, dərslərdə kitabla işin göstərilən 
metodlarına geniş istinad etməklə yanaşı, həmin metodları şagirdlərə öyrətmək 
sahəsində sistemli iş aparmalıdır, necə deyərlər, şagirdlərə “öyrənməyi 
öyrətməlidir”. Kitab üzərində işin müvəffəqiyyəti onu başqa metodlarla (şərh, 
müsahibə və s.) əlaqələndirməklə sıx bağlıdır. Mütaliəyə tələbat yaratmaq hər bir 
müəllimin əsas vəzifəsidir. 

Problemli
-
axtarış metodları təlimdə şagirdlərin zehni fəallığını, müstəqilliyini təmin 
edən metodlardır. Bu halda şagirdlərin qarşısında müəyyən problemlər qoyulur və 
onlar bu problemlərin həllinə cəlb edilir.

Ba
carıq və vərdişləri formalaşdıran metodlar nəzəri biliyi tətbiq etdirməklə bacarıq 
və vərdiş yaratmaq məqsədi güdür. Bunlara çalışmalar, praktik və laborator işlər, 
didaktik oyunlar və s. daxildir. Çalışmalar metodu bir çox fənlərdə geniş yayılmış 
metoddur. Çalışmalar müxtəlif növdə olur: yazılı, şifahi, qrafik, musiqi, bədən 
tərbiyəsi çalışmaları. Şagirdlərin müstəqillik səviyyəsinə uyğun olaraq çalışmaların 
üç tipindən nümunə üzrə, variativ və yaradıcı çalışmalardan istifadə olunur. 
Çalışmalar məqsədli, icra qaydası aydın, rəngarəng və mümkün qədər yaradıcı 



Yüklə 2,27 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   153




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin