TəLİm və TƏRBİYƏ prosesiNİn həyata keçİRİLMƏSİ Layihə Avropa İttifaqı tərəfindən maliyyələşdirilir


Modulun adı: Təlim və tərbiyə prosesinin həyata keçirilməsi



Yüklə 2,27 Mb.
Pdf görüntüsü
səhifə42/153
tarix01.12.2023
ölçüsü2,27 Mb.
#136960
1   ...   38   39   40   41   42   43   44   45   ...   153
2.Telim Ve Terbiye Prosesinin Heyata Kechirilmesi

Modulun adı: Təlim və tərbiyə prosesinin həyata keçirilməsi 
42 
xarakterdə olması təhsilalanlar üçün daha maraqla qarşılanır.

Praktik işlər nəzəri bilikləri hər hansı əməli işlərə tətbiq etmək metodudur. Buraya 
ölçmə, hesablama işləri, tədris
-
təcrübə sahəsində iş, bitki becərilməsi, təcrübəçilik 
və konstruktorluq işləri və s. aiddir. Praktik işlər müəllimin təlimatı ilə başlayır. 
Şagirdlərin əməli işi müstəqil yerinə yetirmələri ilə davam edir. Müəllim fəaliyyətə 
nəzarət edir, istiqamət verir, görülmüş işlərə yekun vurulur və fəaliyyətin 
qiymətləndirilməsi ilə başa çatır.

Təlimdə nəzarət metodları təlim prosesinin əsas ünsürlərindən biri olub qarşıya 
qoyulmuş məqsədin yerinə yetirilməsi vəziyyətini, şagirdlərin bilik və 
bacarıqlarının səviyyəsini, nöqsan və çətinlikləri aşkara çıxarmağa, səhvləri tapıb 
düzəltməyə, təlim fəaliyyətini tənzimləməyə xidmət edir.
Təlim metodlarının seçilməsində bəzi meyarlar
əsas götürülür. Müəllim dərsin 
məqsəd və vəzifələrindən, keçilən fənn və mövzudan, şagirdlərin dərketmə imkanı və 
hazırlıq səviyyəsindən çıxış edə
r
ək
konkret sinif və dərs üçün optimal (münasib) tə
lim 
metodlarını seçib tətbiq etməlidir. Metod seçiminin meyarlarından ən əsası şagirdlərin 
potensial imkanlarının nəzərə alınmasıdır. Müəllimin pedaqoji ustalığının mühüm 
göst
əricilərindən biri də
budur.
1.3.2. Təlimin təşkili forması
 
Təlimin təşkil forması müəllim və şagirdlər üçün müəyyən qaydada və rejimdə 
cərəyan edən birgə fəaliyyətinin ifadəsidir. Təlim prosesinin mühüm komponentlərindən 
biri olan formanın düzgün seçilməsi böyük əhəmiyyət kəsb edir.
Təlimin uğurlu olması onun hansı formada təşkil edilməsindən asılıdır. Təlimin 
məzmuna, məqsəd və vəzifəsinə uyğun təşkil forması həyata keçirilir. Fəal təlim metodunun 
mahiyyəti problemin tədqiq edilməsidir ki, bu zaman müxtəlif iş formalarından istifadə 
edilir: kollektiv iş, qrup
l
a iş, cütlər
l
ə iş, fərdi iş.
Fərdi iş:
şagirdin fəaliyyətini izləmək, potensial imkanlarını müəyyənləşdirmək və 
inkişaf etdirmək məqsədi daşıyır. Bu təlim forması şagirdin sərbəst düşünməsi üçün real 
imkanlar yaradır.
Cütlərlə iş:
şagirdlər təlim tapşırıqlarını birgə yerinə yetirirlər. Bu dərs forması 
şagirdlərə daha yaxından əməkdaşlıq etməyə və ünsiyyət qurmağa, məsuliyyəti bölüşməyə 
optimal imkan yaradır.

Yüklə 2,27 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   153




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin