Modulun adı: Təlim və tərbiyə prosesinin həyata keçirilməsi
47
Qiymətləndirmə
Aşağıdakı qiymətləndirmə meyarına əsasən qiymətləndirəcəksiniz:
“
Təlim prosesində müxtəlif forma, üsul və vasitələrdən istifadə edir”.
1.
Şagirdlərin öyrənmə tərzlərinə uyğun təlim metodlarını müəyyən edin.
Öyrənmə tərzləri
Metodlar
Əyani
Eşidərək
Kinestetik
2.
Təlim metodlarını klasterin şaxələrində yerləşdirin.
3.
Təlimin təşkil formalarını modelləşdirin.
4.
Verilmiş anlayışları cədvəlin müvafiq sütunlarında yerləşdirin: kiçik qrupla iş, praktik iş,
çalışma, tədqiqat, təcrübə, fərdi iş, klaster, kitab üzərində iş, cütlərlə iş, tablo, slayd, iş
vərəqləri, kollektik iş, böyük qrupla iş, cədvəl, sxem, alətlər, müşahidə, İKT müsahibə.
Təlim prosesinin
Metodları
Formaları
Vasitələri
5.
Ən çox xoşladığınız bir metodun dərs prosesində tətbiqi mexanizmini izah edin.
6.
Nə üçün bütün dərslərdə eyni metod, forma və vasitələrdən istifadə edilmir?
7.
Dərs üçün forma, üsul və vasitələr hansı prinsiplər əsasında seçilir?
8.
Təlim
prosesində onun forma, üsul və vaistələrindən səmərəli istifadə bacarıqlarını
ümumiləşdirin.
Təlim
metodları