Modulun adı: Təlim və tərbiyə prosesinin həyata keçirilməsi 48
1.4. Təlim zamanı interaktivliyi və inteqrativliyin xüsusiyyətlərini izah edir Təhsilin inkişafının hazırkı mərhələsində ümumtəhsil məktəblərində interaktiv təlim
üsulları geniş tətbiqini tapmışdır. Bu təlim forması dövrün məktəblilərinin psixoloji
xüsusiyyətlərinə tam uyğundur. Belə təlim prosesi şagirdlərin fəallığını artırır, müstəqil fikir
söyləməsini təmin edir, bilikləri müstəqil olaraq tədqiqat aparmaqla əldə edilməsi şəraitini
yaradır.
1.4.1. İnteraktiv təlimin xüsusiyyətləri “İnteraktiv” “qarşılıqlı əlaqə”, “anlaşma”, “əməkdaşlıq”, “dialoq” deməkdir. Bu
prosesdə hər iki tərəfin fəallığı mühüm yer tutur. Bu fəallaşma adi və normal fəallaşma kimi
deyil, çevik və dinamik fəallaşma kimi başa düşülür. Deməli, “interaktiv” sözü pedaqoji
prosesin son dərəcə dinamik fəallaşdırılması kimi başa düşülməlidir. Bu prosesdə hər bir
şagirdin öz müstəqil fikri, düşüncəsi, ideyası olur və zəif şagirdlər də fəallaşır. Bütün bunlar
da, şübhəsiz, təlim keyfiyyətinin yüksəlməsinə, təkmilləşməsinə bilavasitə təsir göstərir,
şagirdlərin mənimsəmə keyfiyyətini artırır.
İnteraktiv təlimə tədrisin və idrak fəaliyyətinin
təşkili və idarə olunması metodlarının məcmusu kimi baxmaq olar.
İnteraktiv təlim üçün aşağıdakı cəhətlər səciyyəvidir:
•
Müəllim tərəfindən şüurlu surətdə (iradi olaraq) idraki problem situasiyasının
yaradılması;
•
Problemin həlli prosesində şagirdlərin fəal tədqiqatçı mövqeyinin
stimullaşdırılması;
•
Şagirdlər üçün yeni və zəruri olan biliklərin müstəqil kəşfi, əldə edilməsi və
mənimsənilməsi üçün şəraitin yaradılması.
Yeni yanaşmanın mahiyyəti ondadır ki, təlim şagirdlərin yaddaşının təkcə yeni elmi
biliklərlə (informasiya ilə) zənginləşdirilməsinə deyil, həm də təfəkkürün müntəzəm inkişaf
etdirilməsi əsasında daha çox
biliklərin müstəqil əldə edilməsi və mənimsənilməsi, ən
mühüm bacarıq və vərdişlərin, şəxsi keyfiyyət və qabiliyyətlərin qazanılmasına yönəlir.
Bu
zaman şagirdlər müəllimin rəhbərliyi altında, xüsusi seçilmiş, asan başa düşülən və yadda
qalan, ən vacib təlim materialının öyrənilməsi prosesində fakt və hadisələrin səbəb
-
nəticə
əlaqələrini, qanunauyğunluqlarını aşkar etməyi, nəticə çıxarmağı, mühüm və dərin
ümumiləşdirmələr aparmağı öyrənirlər.
İnteraktiv təlim prosesində şagirdin mövqeyi
–
“kəşf edən”, “tədqiqatçı”, “araşdırıcı”
mövqeyidir. O, gücü çatdığı məsələlər və problemlərlə üzləşərkən, bunları müstəqil tədqiqat
prosesində həll edir. Şagirdlər təlim prosesində passiv dinləyici deyil, fəal düşünən, danışan,
fikir söyləyən, münasibət bildirən subyekt, təlim prosesinin tam hüquqlu iştirakçısı,
tədqiqatçısı kimi çıxış edir, bilikləri fəal axtarış və kəşflər prosesində mənimsəyirlər.
Müəllimin mövqeyi
–
fasilitator ("bələdçi", "aparıcı") daha çox istiqamətverici
mövqeyindədir. O, problemli vəziyyətləri planlı və istiqamətlənmiş surətdə təşkil edir,
şagirdlər qarşısında tədqiqat məsələlərinin meydana çıxmasına şərait yaradır və onların
həllinə metodik kömək göstərir.