Modulun adı: Təlim və tərbiyə prosesinin həyata keçirilməsi 56
1.5. Qeyri - standart təlim formalarını mövzuya uyğun tətbiq edir 1.5.1. Qeyri - standart təlim formalarının tətbiqi Dərs təlimin əsas təşkili formasıdır. O, təlimdə müvafiq mərhələlər üzrə tətbiq olunur.
Lakin dərsin məqsədindən, reallaşdırılacaq məzmun standartından asılı olaraq müxtəlif tipli
dərslərdən istifadə edilir. Belə dərslərdə müəyyən edilmiş mərhələlərin ya ardıcıllığı
pozulur, ya da mərhələlərin bəziləri ixtisar edilir. Belə dərslər çox
zaman qeyri
-
standart
dərs hesab edilir. Təlimin digər təşkil formalarına ekskursiyalar, təcrübələr, laboratoriyalar,
yarışlar, əyləncəli, rollu oyunlar və s. aiddir.
Qeyri - standart təlim formaları Dərslər strukturuna görə standart və qeyri
-
standart olurlar. Standart dərslərin
strukturu əsasən 7 mərhələli olur. Həmin struktur haqqında çox yazılmış, təhlil edilmişdir.
Müəllimlərin əksəriyyəti standart dərslər təşkil edirlər. Lakin az hallarda təşkil edilən,
xüsusilə yenilikçi müəllimlərin təşkil etdikləri qeyri
-
standart strukturlu dərslər də
mövcuddur. Onlar aşağıdakılardır (Sxem 1.1):
1.
İnkişafetdirici dərs
•
Burada təlim prosesində müxtəlif dərs elementlərinin və onun
məqsədyönlülüyünün qarşılıqlı təsirini təmin edən müxtəlif variantların cəmi
nəzərdə tutulur.
2.
Yeni materialın öyrənilməsi üzrə dərs:
•
Şagirdlərin təfəkkür fəallığının yüksək həddində şüurlu öyrənmənin nəzərə
alınması ilə materialın verilməsidir;
•
Şagirdlərin nəyə diqqət etmələri və yadda saxlamaları göstərilir;
•
Yaddasaxlamanın motivasiyası yaradılır;
•
Məlumat, yaxud texniki yaddasaxlama aktuallaşdırılır;
•
Yaddasaxlamanın nəticəsi və onu qiymətləndirilməsi həyata keçirilir.
3.
Bilikləri, bacarıqları, vərdişləri inkişaf etdirən dərs:
•
Şagirdlərə qarşıda duran işin məqsədi ilə bağlı məlumat verilir;
•
Şagirdlər tərəfindən müxtəlif tapşırıq, suallar və təmrinlər yerinə yetirilir;
•
Yerinə yetirilmiş işləri yoxlanılır;
•
Buraxılmış səhvlərin müzakirəsi və onların korreksiyası həyata keçirilir.
4.
Bilik və bacarıqları formalaşdıran dərs:
•
Dərsin məqsədi müəyyən edilir;
•
Formalaşdırılmış bacarıq və vərdişlər təkrarlanır;
•
Yoxlama tapşırıqları həll etdirilir;
•
Yaradıcı xarakterli tapşırıqlar həll olunur;